Mehdi Huseyn Film 1969 - Wikipedia
Mehdi Huseyn Film 1969 - Wikipedia - Haqqında Məlumat
Mehdi Hüseyn | |
---|---|
Fayl:Mehdi Hüseyn (film, 1969).jpg | |
Janr | bioqrafik |
Rejissor | Musa Bağırov |
Ssenari müəllifi | İsmayıl Şıxlı |
Operatorlar |
Oqtay Əlizadə Aydın Axundov |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1969 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 16,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
2 hissə 491 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
redaktəFilm-portretdir. Bu film Azərbaycan xalq yazıçısı, alovlu publisist, ictimai xadim Mehdi Hüseynin həyat və fəaliyyətinə həsr olunmuşdur. Filmdə yazıçının doğulduğu və boya-başa çatdığı, gəzib dolaşdığı yerlər-kənd evi, oxuduğu məktəb, Kür sahili, Qarayazı meşəsi, Qazax seminariyası, Molla Vəli Vidadinin qəbri öz əksini tapmışdır. Buraya yazıçının əsərləri əsasında çəkilmiş "Səhər", "Qara daşlar" bədii filmlərindən fraqmentlər verilmiş, yazıçını masa arxasında işləyərkən, kəndlərdə əməkçilərlə görüşərkən, ov zamanı təsvir edən xronikal kinokadrlardan da istifadə edilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Musa Bağırov
- Ssenari müəllifi: İsmayıl Şıxlı
- Operator: Oqtay Əlizadə, Aydın Axundov
- Musiqi tərtibatı: S.Əliyev
- Səs operatoru: İsgəndər Kərimov
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 170.