Mehdiqulu Xan Hidayet - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri, mürtəce ruhlu, Şeyx Məhəmməd Xiyabani hərakatının yatırılmasında iştirak edib. Cənubi Azərbaycanın valisi
Mehdiqulu xan Hidayət | |
---|---|
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Hidayət Müxbirəssəltənə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Fəaliyyəti | siyasətçi |
Atası | Hacı Əliqulu xan Hidayət |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBöyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonla razılaşdırılmış Müxbirüssəltənə Mehdiqulu xan Hidayət sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi. Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla "danışığa" başladı. Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salmış və MH tərəfindən tərk silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi. Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırıldı. MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı. Sentyabrın 12-də əks-inqilabı qüvvələr üsyançılar üzərinə hücuma keçdilər.1920-ci ilin sentyabrın 14-də azadlıq hərəkatı yatırıldı
Haqqında yazılanlar
redaktəMirzə Ələkbər Sabir Hop-hopnamədə onu qamçılayırdı: Müxbirüssəltənəyə
Yapdığın hiyləni hər günkü qəzetdə oxudum,
Axırında yenə gördüm ki, yazılmış: "Sonu var".
Nə xəbərdir, deyə sordum, dedi müxbir ki, hələ
Birini göstərirəm, işbu rəqəmdən onu var!..
Həmçinin bax
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |