Mehmed Kemaleddin Pasa - Wikipedia
Mehmed Kəmaləddin Paşa (1869 – 1920, İstanbul, Osmanlı imperiyası) — Plevna qəhrəmanı Qazi Osman Paşanın oğlu, Sultan Əbdülhəmidin kürəkəni.
Mehmed Kəmaləddin Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1869 |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Atası | Osman Nuri paşa |
Anası | Fatma Zatıgül xanım |
Həyat yoldaşı |
|
Uşaqları |
Sultanzadə Cahid bəy Adilə xanım Sultan |
Hərbi xidmət | |
Rütbəsi | Müşir |
|
|
Təltifləri |
Həyatı
redaktə1869-cu ildə dünyaya gəldi. Atası Plevna qəhrəmanı Qazi Osman Paşa, anası isə ferik Ömər Neşət Paşanın bacısı Fatma Zatıgül xanımdır (ö. 1940).[1] Atasının Sultan Əbdülhəmidə yaxınlığı səbəbilə, qardaşlarıyla birgə ilk təhsillərini Ulduz sarayındakı şahzadələr məktəbində aldı.[2] Böyük qardaşı Əli Nurəddin bəyin 20 aprel 1889-cu ildə Sultan Əbdülhəmidin qızı Zəkiyə Sultanla evlənməsiylə ailənin sarayla əlaqələri daha da gücləndi. Ulduz sarayında baş tutan toy mərasiminin ardından Kəmaləddin bəy da mirliva rütbəsindən fərik rütbəsinə yüksəldildi.
Çox keçmədən Kəmaləddin bəy də Sultan Əbdülhəmidin digər qızı Naimə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Ulduz sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım Məcidiyə nişanıyla təltif edildi. Bu isə Osmanlı tarixində bir ilk idi. Saray ənənələrinə zidd olaraq, Naimə Sultan toy mərasimində ilk dəfə olaraq ağ gəlinlik geyindi. Yeni evli cütlüyə bacısı Zəkiyə Sultanın yaşadığı Tarlabaşı sarayının qarşısında yeni bir saray təsis edildi. Bu səbəblə 2 bacının qarşı-qarşıya baxan sarayları Əkiz köşklər adlanmağa başlandı.[3]
1903-cü ildə müşirliyə yüksələn Kəmaləddin bəy üçün saray xəzinəsindən aylıq maaş təsis edildi. Toy mərasiminin keçirildiyi 1898-ci ilin sonlarında Serbiya kralı tərəfindən Takova nişanıyla, ertəsi il isə Sultan Əbdülhəmid tərəfindən Məcidiyyə nişanıyla təltif edildi. Bundan başqa "Fəxri legion" ordeni sahibi olduğu bilinir.
Naimə Sultan eşqbazlığı səbəbilə ərini tez-tez atasına şikayət edirdi. Bu eşq macəralarından biri də əmisi Sultan Muradın qonşu sarayda yaşayan qızı Xədicə Sultanla oldu. 1904-cü ildə Kəmaləddin bəylə Xədicə Sultan arasındakı məhəbbəti aşkarlayan məktublar atası Sultan Əbdülhəmidə göndərildi və ifşa olundu.[4] Bir çoxlarına görə, bu, Xədicə Sultanın intiqamı idi. Skandalın aşkara çıxmasının ardından Naimə Sultan dərhal ərindən boşandı və Kəmaləddin bəy bütün rütbə və vəzifələrindən alınaraq Bursaya sürgün edildi. Bursada ev həbsində tutuldu.
1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsinin ardından bağışlanan Kəmaləddin bəyə bütün ünvan və rütbələri geri verilsə də, hər hansı bir dövlət vəzifəsinə təyin olunmadı. Bu müddət ərzində xanımı Naimə Sultan ikinci dəfə evlənmişdi. Adı eşq macəralarına qarışan Xədicə Sultana evlilik təklifi etsə də, Xədicə Sultan boşanmasına baxmayaraq bu təklifi qəbul etmədi.
İstanbula döndükdən sonra oğlu Sultanzadə Cahid bəyi yanına almağa çalışsa da, Naimə Sultan bunu qəbul etmədi. Uzun müddət davam edən məhkəmə prosesinin qəti nəticəsi bilinməsə də, uşağın atasına verilməsiylə bağlı hansısa məlumat yoxdur. Qalan ömrü ilə bağlı yetərli məlumat olmayan Kəmaləddin bəy 1920-ci ildə İstanbulda vəfat etdi.
Ailəsi
redaktə- Sultanzadə Mehmed Cahid bəy (d. yanvar 1899 - ö. 30 mart 1977) — İlk evliliyi 26 mart 1920-ci ildə Sultan Rəşadın nəvəsi Dürriyə Sultanla baş tutdu ancaq 1 il sonra 6 noyabr 1921-ci ildə boşandılar. İkinci evliliyi isə ilk xanımının xalası olan Levrens Həcər Hüseynlə baş tutdu və bu nigahdan 1 oğlu oldu. İstanbulda baş verən avtomobil qəzasında vəfat etmişdir.
- Adilə xanım Sultan (d. 12 noyabr 1900 - ö. fevral 1979) — İlk evliliyi 4 may 1922-ci ildə Sultan Əbdüləzizin nəvəsi Şövkət Əfəndi ilə baş tutsa da, 28 mart 1928-ci ildə Qahirədə ayrıldılar. Bu nigahdan 1 qızı oldu. İkinci evliliyi isə 1930-cu ildə Orxan Əl-Bəkri ilə baş tutdu və bu nigahdan 3 övladı oldu.
İstinadlar
redaktə- ↑ II. Abdülhamid’in Kızı Zekiye Sultan’ın Hayatı. Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine Yüksek Lisans Tezi. Cevriye Uru. İstanbul 2010.
- ↑ Örik, Bilinmeyen Yaşamlarıyla Saraylılar, s. 43
- ↑ Süleyman Kâni İrtem, Osmanlı Sarayı ve Haremin İçyüzü, hzl.: Osman Selim Kocahanoğlu, Temel Yay., İstanbul 1999, s. 191
- ↑ Niyazi Ahmet Banoğlu, “Hadice Sultan’ın Aşk Mektupları”, Hayat Tarih Mecmuası, İstanbul 1969, sayı: 5, s. 16
Mənbə
redaktə- II. Abdülhamid’in Kızı Naime Sultan’ın Hayatı. Yüksek Lisans Tezi. Betül Kübra Bağce. İstanbul 2008.
- II. Abdülhamid’in Kızı Zekiye Sultan’ın Hayatı. Yüksek Lisans Tezi. Cevriye Uru. İstanbul 2010.