Mehmed Sadeddin Efendi - Wikipedia
Mehmed Sadəddin Əfəndi (1798, İstanbul – 6 avqust 1866, İstanbul) — Osmanlı alimi və şeyxülislamı.
Mehmed Sadəddin Əfəndi | |
---|---|
Əvvəlki | Məşrəfzadə Mehmed Arif Əfəndi |
Sonrakı | Atıfzadə Hüsaməddin Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1798 |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 1866 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Müdərris Əbdülhəmid Əfəndi |
Həyatı
redaktə1798-ci ildə İstanbulda dünyaya gəldi. XVI əsrin tanınmış tarixçisi və şeyxülislamı Hoca Sadəddin Əfəndinin nəslinin nümayəndəsidir. Atası müdərris Əbdülhəmid Əfəndidir. Atasından və dövrün mühüm alimlərindən təhsilini tamamladıqdan sonra qazı oldu və Anadolunun bir çox vilayətlərində xidmət etdi. Aydındakı xidmət illərində yerli əyanlarla yaşadığı münaqişə səbəbilə bir müddət Kütahyaya sürgün edildi. Ancaq çox keçmədən bağışlandı və Manisaya təyin edilərək uzun müddət burada xidmət etdi. 1841-ci ildə dövlətin daxilində aparılan struktur dəyişikliyi əsnasında vəzifədən alındı və İstanbula qayıtdı. Bir müddət sonra Maliyyə nazirliyində katib vəzifəsinə təyin edildi.
Uzun illər müxtəlif nazirliklərin nəznində xidmət etdikdən sonra 1856-cı ildə Anadolu qazəsgərliyinə namizəd seçildi. Bu müddət ərzində Sultan Əbdülməcidin etimadını qazanan Sadəddin Əfəndi Məşrəfzadə Arif Əfəndinin vəfatının ardından 27 dekabr 1858-ci ildə şeyxülislamlığa gətirildi. 5 ilə yaxın qaldığı bu vəzifədə ikən dövlətin daxilindəki mühüm təyinat işlərində rol oynayan Sadəddin Əfəndi sədrəzəmlərin dövlətə müdaxiləsinə qarşı çıxmışdır.
Şeyxülislam olaraq Sultan Əbdüləzizin cülus mərasimində iştirak edən Sadəddin Əfəndi sədrəzəm Fuad Paşanın də təhrikləriylə 23 noyabr 1863-cü ildə vəzifədən alındı. Qalan ömrünü dövlət işlərindən uzaq keçirən Sadəddin Əfəndi 6 avqust 1866-cı ildə İstanbuldakı köşkündə vəfat etdi. Cənazəsi Qaracaəhməd məzarlığındakı ailə üzvlərinin yanına dəfn edilmişdir.
Mənbə
redaktə- Devhatü’l-meşâyih, s. 132–134.
- Cevdet, Tezâkir, II, 72–73, 126–127, 152–153, 155, 158, 260–262.
- a.mlf., Ma‘rûzât, s. 37–38, 46–55.
- Lutfî, Târih, X, 93, 103.
- İlmiyye Salnâmesi, s. 592–593.
- Behcetî, Merâkid-i Mu‘tebere-i Üsküdar, s. 61.
- Danişmend, Kronoloji2, V, 154.
- Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 192–193.