Misar Film 2004 - Wikipedia
Mişar (ing. Saw) — 2004-cü ildə Ceyms Uanın ilk rejissorluq debütü və Leiq Uannellin ssenaristliyi ilə Uan və Uannellin hekayəsi əsasındə çəkilmiş Amerikan psixoloji qorxu filmidir. Bu Mişar filmlər seriyası-nın ilk hissəsidir və baş rollarda Uannell, Keri Elues, Denni Qlover, Monika Potter, Maykl Emerson, Ken Leunq və Tobin Bell iştirak edir. Film qurbanlarının yaşamaq iradəsini sınayan, onları sağ qalmaq üçün özlərinə böyük fiziki ağrılar verməli olduqları ölümcül "oyunlar" vasitəsilə sınaqdan keçirən qatilin sirri ətrafında fırlanan qeyri-xətti povestdən bəhs edir. Çərçivə hekayəsi qatilin ən son qurbanları (Uannell və Elues) böyük bir sökük vanna otağında oyanırlar və birinə öz ailəsini xilas etmək üçün digərini öldürmək əmri verilir.
Mişar | |
---|---|
ing. Saw | |
| |
Janr | Qorxu |
Rejissor | Ceyms Uan |
Prodüser |
|
Ssenari müəllifi | Leiq Uannell |
Baş rolda |
|
Bəstəkar | Çarli Klauzer |
İstehsalçı | Twisted Pictures |
Distribütor | Lionsgate Film |
İlk baxış tarixi | 19 yanvar 2004 |
Müddət | 103 dəqiqə |
Büdcə | 1.2 milyon dollar |
Gəlir | 103.9 milyon dollar |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 2004 |
Sonrakı film | Mişar 2 |
Rəng | rəngli |
IMDb | ID0387564 |
Ssenari Uannell tərəfindən yazılmışdır və o Uan ilə öz ssenaristlik debütlərində hekayəni birgə yaradıblar. Əvvəlcə 2001-ci ildə yazılmışdı, lakin lahiyənin onların vətəni Avstraliyada istehsal olunması cəhdləri uğursuz olduqdan sonra Los-Ancelesə gəldilər. Prodüserləri cəlb etmək üçün onlar ssenaridən kənar bir səhnədən eyniadlı aşağı büdcəli qısametrajlı film çəkdilər. Bu 2003-cü ildə baş tutdu. Çünki Evolution Entertainment -dən prodüserlər dərhal birləşdilər və eyni zamanda Twisted Pictures loqosu ilə istehsal etiketini yaratdılar. Filmə 1,2 milyon dollarlıq kiçik büdcə verilib və 18 günə çəkilib.
Mişar ilk dəfə 19 yanvar 2004-cü ildə nümayiş etdirildi və Şimali Amerikada 29 oktyabr 2004-cü ildə Lionsgate Films tərəfindən nümayiş olundu. Film tənqidçilərdən ümumiyyətlə qarışıq rəylər aldı, lakin Fəryad (1996) filmindən sonra ən gəlirli qorxu filmlərindən biri olaraq dünya üzrə 100 milyon dollardan çox gəlir əldə etdi. Film o vaxtdan bəri kült izləyiciləri qazandı və tez-tez bütün zamanların ən inqilabi qorxu filmlərindən biri kimi qəbul edildi.[1][2][3] 31 oktyabr 2014-cü ildə filmin on illiyini qeyd etmək üçün seçilmiş teatrlardə yenidən ekrana buraxıldı.[4] Filmin davamı olan Mişar 2 davam filmi 2005-ci ildə nümayiş olundu.
İstinadlar
redaktə- ↑ Falconer, Daniel. "Saw revisited: Looking back at the film that changed the horror genre forever". Femalefirst.co.uk. May 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2022.
- ↑ Corrigan, Kalyn. "Saw at 15: Changing the Course of Modern Horror". SlashFilm.com. October 29, 2019. January 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2022.
- ↑ "15 Years Later: How "Saw" Changed the Horror Genre". Popdust.com. October 27, 2019. January 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2022.
- ↑ Vejvoda, Jim. "Saw returning to theaters for its 10th anniversary". IGN. News Corporation. August 28, 2014. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2014.