Miq Proyekt 1 44 - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Mikoyan Gurevich Proyekt 1.44/1.42 MiG şirkəti tərəfindən Rusiya Hərbi Hava Qüvvələri üçün istehsal edilmiş 5-ci nəsil havada üstünlüyü təmin etmək üçün nəzərdə tutulmuş olan təyyarə prototipidir. MiG-MFI adı ilə də tanınan təyyarənin NATO kod adı Flatpack olmuşdur.
MiQ Proyekt 1.44 | |
---|---|
Tipi | Beşinci nəsil qırıcı |
Hazırlayan | MiG |
İstehsalçı | MiG |
İlk uçuş | 29 fevral 2000 |
Buraxılış sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
MiG 1.44 birbaşa olaraq F-22 döyüş təyyarəsinə qarşı istehsal edilmişdir. Təyyarənin istehsalı zamanı əldə edilən məlumatlar Suxoy Su-47 təyyarələrinin istehsalı zamanı toplanılmış məlumatlar ilə birlikdə PAK FA layihəsində istifadə edilmişdir. PAK FA layihəsində bu təyyarə üçün istehsal edilmiş olan Lyulka AL-41F mühərrikindən istifadə edilməsi planlaşdırılır.
Avropanın ortaq təyyarəsi olan Eurofighter Typhoonun dizaynında bu təyyarənin dizaynından istifadə edilməsi fikri irəli sürülür. Çinin yeni nəsil təyyarəsi olan Shenyang J-XX adlı təyyarəsinin ortaya çıxmış olan şəkillərində də Mig 1.44 ilə olan oxşarlıqları layihənin Çinə satılmış ola bilmə ehtimallarını artırır.
MFI”(*) layihəsi olaraq da tanınan MiG-1.42-nin ilk və tək prototipi 1999-cu ildə ilk uçuşunu həyata keçirmişdir. MiG-1.42 radarda çox balaca görüntü verən “stealth” çoxməqsədli hava müharibə təyyarəsi olaraq, Suxoy Su-27/Suxoy Su-35 təyyarələrinin yerini alması üçün dizayın edilmişdir. 2004-2006-cı illərdə xidmətə qəbul edilməsi planlaşdırılırdı. Rusların F-22, Dassault Rafale, E-2000 və Gripen təyyarələrinə qarşı əsas silahı hesab olunurdu. Hərəkət edə bilən eqzosları ilə “vektorial İtələmə Nəzarəti” (Thrust Vector Control) olan 5-ci nəsil Rusiya qırıcı təyyarələrinin ilkin nümayəndələrindən biridir. (MFI=Mnogo Funksionalni İztrebitel=Multi Functional Fighter/Çox Məqsədli Qırıcı)