Migel De La Madrid - Wikipedia
Migel de la Madrid Urtado (isp. Miguel de la Madrid Hurtado; 12 dekabr 1934[1][2][…] – 1 aprel 2012[3][1][…], Mexiko[4]) — Meksika siyasətçisi, 1982–1988-ci illərdə Meksika Prezidenti.[5]
Migel de la Madrid | |
---|---|
isp. Miguel de la Madrid | |
1 dekabr 1982 – 30 noyabr 1988 | |
Əvvəlki | Xose Lopes Portilyo |
Sonrakı | Karlos Salinas de Qortari |
Şəxsi məlumatlar | |
Doğum adı | Miguel de la Madrid Hurtado |
Doğum tarixi | 12 dekabr 1934[1][2][…] |
Vəfat tarixi | 1 aprel 2012[3][1][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Emfizem |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1957-ci ildə Meksika Milli Muxtar Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1965-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə etmişdir. Daha sonra Meksika Milli Bankı və "Bancomext"də çalışmışdır. 1968-ci ilə qədər Meksika Milli Muxtar Universitetində dərs demişdir. 1963-cü ildən İnstitusional İnqilab Partiyasının (PRI) üzvüdür. 1965-ci ildə maliyyə naziri təyin edilmişdir. 1970–1972-ci illərdə "Pemex"in direktor müavini olmuşdur. 1972-ci ildə kredit üzrə baş direktor vəzifəsində yenidən maliyyə nazirliyinə qayıtmışdır. 1976–1982-ci illərdə Prezident Xose Lopes Portilyo yanında büdcə üzrə katib olmuşdur. 1982-ci ildə Portilyodan sonra prezident olmuşdur.[6]
O, prezident olanda ağır iqtisadi böhranla üzləşmişdi. Sələfindən fərqli olaraq, onun administrasiyası iri dövlət konqlomeratlarının liberallaşdırılması və özəlləşdirilməsi ilə xarakterizə olunurdu. O, 1986-cı ildə Meksikanın Tariflər və Ticarət üzrə Baş Sazişə (indiki Ümumdünya Ticarət Təşkilatı) qoşulmasını asanlaşdıran tədbirlər görmüşdür. Onun populyarlığı 1985-ci il zəlzələsi və vəziyyətin nəzarətə alınması cəhdləri ilə sarsılmışdı. O, 1988-ci ildə seçkilərdə iştirakdan imtina etmiş və onu Karlos Salinas de Qortari əvəz etmişdir.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Miguel de la Madrid Hurtado // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Murió Miguel de la Madrid a causa de enfisema pulmonar.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #121094529 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Encyclopædia Britannica. "Miguel de la Madrid". Encyclopædia Britannica Online. 2008. 14 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2008.
- ↑ 1 2 "Miguel de la Madrid Hurtado". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
Əlavə ədəbiyyat
redaktə- Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. ISBN 1-56584-616-8
- Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9
Xarici keçidlər
redaktə- Biography by CIDOB (in Spanish)
- Migel de la Madrid (ing.) Find a Grave saytında
- C-SPAN-da göstərilənlər