Mihrengiz Qadinefendi - Wikipedia
Mihrəngiz Qadınəfəndi (15 oktyabr 1869, Soçi – 12 dekabr 1938, İsgəndəriyyə) — 35-ci Osmanlı sultanı V Mehmedin üçüncü xanımı.
Mihrəngiz Qadınəfəndi | |
---|---|
زوجة مهر | |
Şəxsi məlumatlar | |
Doğum adı | فاطمه وبخلر |
Doğum tarixi | 15 oktyabr 1869 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1938 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşı | |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
redaktəMihrəngiz xanım 15 oktyabr 1869-cu ildə Rusiyanın Soçi şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən ubix olub, əsl adı Fatmadır. Davam edən Rusiya-Osmanlı müharibəsi səbəbilə ailəsi İstanbula köçmüş, burada azyaşlı Fatma saraya təslim edilmişdir. Sarayda xüsusi təhsil və piano təlimi alan Fatmanın adı dəyişdirildi və Mihrəngiz qoyuldu. Çox keçmədən sarayda Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 4 aprel 1887-ci ildə onunla vəliəhd sarayında evləndi. 2 mart 1888-ci ildə yeganə övladı olan Şahzadə Ömər Hilmi Əfəndini dünyaya gətirdi.
1924-cü ildə digər ailə üzvləri ilə birlikdə ölkəni tərk etdi və oğluyla birlikdə İsgəndəriyyəyə getdi. Çox keçmədən 2 noyabr 1935 tarixində oğlu burada iflic oldu və vəfat etdi. Özü isə 12 dekabr 1938-ci ildə İsgəndəriyyədə vəfat etdi və cənazəsi burada dəfn olundu.
Övladları
redaktəMənbə
redaktə- https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey14.htm
- M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken.