Mikayil Ejderoglu - Wikipedia
Mikayıl Əjdər oğlu Nəsirov – Azərbaycanlı aktyor, rejissor və ssenari müəllifi. Daha çox bəddi-sənədli filmlərin rejissoru kimi tanınır.
Mikayıl Əjdəroğlu | |
---|---|
Doğum tarixi | 13 sentyabr 1957 (67 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor |
Təhsili | |
IMDb | ID3935374 |
Bioqrafiya
redaktəMikayıl Əjdər oğlu Nəsirov 13 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil alıb.
1975-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işıqçı kimi fəaliyyətə başlayıb. Həmin dövrlərdə işıqçı vəzifəsində çalışmasına baxmayaraq verilişlərdə rejissor köməkçisi və rejissor assisenti kimi fəaliyyəti olub.
Rejissor Arif Qazıyevin ekranlaşdırdığı "Niyazi", "Bəstəkar Qara Qarayev. Opus-78" (1979), "Rəşid Behbudov", "Salam Zeynəb" (1982) filmlərində ikinci rejissor kimi fəaliyyət göstərib.
Arif Babayevin ekranlaşdırdığı Alma almaya bənzər (1975) filmində "alma satan", Əlisəttar Atakişiyevin ekranlaşdırdığı Qərib cinlər diyarında (1979) filmində isə "cin" epizodik obrazlarında çəkilib.
1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivi rejissoru" fakültəsinə daxil olub və 1995-ci ildə həmin universiteti bitirib.
Hal-hazırda Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin "Telefilm" studiyasında ali kateqoriyalı kino rejissor vəzifəsində çalışır.
Filmoqrafiya
redaktə№ | İl | Film | Rol |
---|---|---|---|
1 | 1975 | Alma almaya bənzər | Alma satan |
2 | 1979 | Qərib cinlər diyarında | Cin |
3 | 2014 | Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014) |
№ | İl | Film | Vəzifə |
---|---|---|---|
1 | 1997 | Musa dayı[1] | rejissor |
2 | 1998 | Muğam | rejissor |
3 | 2001 | Raziyyə Şirinova[2] | rejissor |
4 | 2002 | Hardasan Mübubət?[3] | rejissor |
5 | 2003 | İsrafil müəllim (film, 2003)[4] | rejissor |
6 | 2003 | Əhməd Bakıxanov[5][6] | rejissor, ssenari müəllifi |
7 | 2004 | Əbülfət Əliyev[7] | rejissor |
8 | 2004 | İbrahim Topçubaşov[8] | rejissor, ssenari müəllifi |
9 | 2004 | Ötən günlərim. Oqtay Ağayev | rejissor |
10 | 2005 | Nəriman Əliyev[9] | rejissor |
11 | 2006 | Usta Vaqif | rejissor |
12 | 2006 | Qəlbin gözü[10] | rejissor |
13 | 2007 | Rübabə Muradova | rejissor |
14 | 2007 | Bakı toyları | rejissor |
15 | 2007 | Qəmbər Hüseynli (film, 2007) | rejissor assistenti |
16 | 2009 | Nəğməli xatirələr | rejissor, ssenari müəllifi |
17 | 2009 | Nabat | rejissor |
18 | 2010 | Ürəklərdə qalaydım. İslam Rzayev[11] | rejissor |
İstinadlar
redaktə- ↑ "Musa dayı". İstifadə tarixi: 27 sen 2024.
- ↑ "Raziyyə Şirinova". İstifadə tarixi: 27 sen 2024.
- ↑ "Hardasan Mübubət - Mübubət Məmmədova (2002)". 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sen 2024.
- ↑ "İsrafil müəllim (film, 2003)". 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sen 2024.
- ↑ "Əhməd Bakıxanov". 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sen 2024.
- ↑ "ДОКУМЕНТАЛЬНЫЙ ФИЛЬМ ОБ АХМЕДЕ БАКИХАНОВЕ". 10.11.2003. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sen 2024.
- ↑ 04.02.2004. ""ƏBÜLFƏT ƏLİYEV" SƏNƏDLİ FİLMİ ÇƏKİLMİŞDİR". İstifadə tarixi: 27 sen 2024.
- ↑ "İbrahim Topçubaşov - bəstəkar, cərrah". İstifadə tarixi: 27 sen 2024.
- ↑ "ƏMƏKDAR MÜƏLLİM HAQQINDA FİLM ÇƏKİLİR". 14.10.2005. İstifadə tarixi: 27 sen 2024.
- ↑ ""QƏLBİN GÖZÜ - RAMİZ FASEH" SƏNƏDLİ FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞA ÇATMIŞDIR". 09.11.2006. İstifadə tarixi: 27 sen 2024.
- ↑ "Azərbaycan Televiziyasında film bayramı". İstifadə tarixi: 27 sen 2024.