Mikayil Musfiqin Xatire Muzeyi - Wikipedia
Mikayıl Müşfiqin Xatirə Muzeyi - Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gələrək, Xızının Sayadlar kəndində yaradılıb. Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır. 2004-cü il 15 sentyabr tarixində keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb.
Mikayıl Müşfiqin Xatirə Muzeyi | |
---|---|
Açılış tarixi | 1992 |
Mövzu | Tarix |
Yerləşir | Xızı rayonu, Sayadlar kəndi |
Kolleksiyası | 221 eksponat |
Muzeyə yetişmək | Giləzi-Xızı yolu, Xızı, AZ8011 |
Telefon | (+994 55) 747-50-03 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzey binası
redaktəMuzey binası 1992-ci ildə tikilərək 1 mərtəbədən və 1 otaqdan ibarət olub, 55 kvadrat metr sahəni əhatə edir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır. Muzey Mikayıl Müşfiqin yaradıcılıq və həyatını əks etdirir. Mikayıl Müşfiq muzeyi-“Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzey statusu alandan sonra 8 nəfər işçi ilə 2006-cı ildən fəaliyyətə başlamışdır. Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır.Şairin büstü muzeyin həyətində qoyulmuşdur. Xatirə Muzeyində isə simvolik məzar qoyularaq, büst hazırlanır. Büstün memarı Əməkdar incəsənət xadimi, heykəltaraş Münəvvər Rzayevadır(1990) [1]. 100 illik yubileyinə “Oxu Tar”abidəsi 2008-ci ildə M.Müşfiqin həsr olunmuşdur. Muzeyi həyətyanı sahəsində kitaba abidə qoyulmuşdur. 221 ədəd olmaqla 1 büst ,43 fotoşəkil, 177-i isə şairin sənədlərindən ibarət muzeydə eksponat yer almışdır. Muzeyin fəaliyyəti yerli və xarici turistlərə şair haqqında, muzey haqqında məlumatlarla tanış etməkdir.[2]Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin balansındadır.
Muzey eksponatları
redaktəMuzey eksponatları arasında 12493 nömrəli cinayət işinin surəti, Mirvari Dilbazinin Mikayıl Müşfiqə həsr etdiyi şeirdən bir parça, xüsusi yer alıb.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Xızıda xatirə muzeyi". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Mikayıl Müşfiqin Xatirə Muzeyi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Mikayıl Müşfiqin Xatirə Muzeyindən". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.