Mil Mi 2 - Wikipedia
Mil Mi-2 (NATO kod adı: Hoplit) — Mil Moskva Helikopter Zavodu tərəfindən dizayn olunmuş çoxməqsədli helikopter
Mil Mi-2 | |
---|---|
Tipi | vertolyot |
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
Baş konstruktor | Mixail Mil |
İlk uçuş | 22 sentyabr 1961 |
İstismara verilmə tarixi | 1965 |
İstismarçılar | |
Buraxılış sayı | 5.497 |
Vikianbarda əlaqəli mediafayllar |
Konstruksiya və inkişafı
redaktəMi-2 yalnız Polşada, Svidnik şəhərindəki WSK "PZL-Świdnik" zavodunda istehsal olunur. Mil Mi-1 modeli ilk dəfə Sovet İttifaqında 1948-ci ildə istehsal edilmişdir. S-51 və Bristol Sycamore modelləri üzrə modelləşdirilmiş və ilk sınaq uçuşları 1948-ci ilin sentyabrında Mixail Mil istehsalat sahəsində baş tutmuşdur. Model üçün xüsusi olaraq Isotov GTH-350 mühərriki hazırlanmış və Mi-1-dən xeyli üstün olan Mi-2 modelinə inteqrasiya edilmişdir. Daha sonra, Mil (Sovet İttifaqındakı adı ilə V-2) ofisi 1964-cü ildə Polşanın Świdnik qəsəbəsinə köçürüldükdən sonra inkişaflar buradan da davam etdirilmişdir. 1964-cü ildən bəri PZL-Świdnik yüzlərlə helikopterin tədarükünü həyata keçirmiş və bunların təxminən 1/3 hissəsi hərbi məqsədlər üçün satılmışdır. Mülki məqsədlərdə istifadə üçün plastik rotor bıçaqlı və geniş gövdəyə malik 10 sərnişin tutumlu Mi-2M modeli hazırlanmışdır. Onun ən mühüm istifadə sahələrindən biri də ambulans kimi istifadə edilməsidir, çünki onun həcmi 4 xərək daşımağa imkan verir.
Polşada bəzi xüsusi hərbi variantları da hazırlanmışdır. Birincisi, o, dəstək və kəşfiyyat məqsədləri üçün 23 mm-lik avtomatik top və iki ədəd 57 mm-lik raket podu, dörd ədəd 9K11 Malyutka tank əleyhinə raket sistemləri və ya Strela-2 AA raketlərini daşıya bilər.
Əməliyyat tarixi
redaktəİlk dəfə 1965-ci ildə Sovet Hərbi Hava Qüvvələri tərəfindən istifadəyə verilən Mi-2 modeli daha çox keçmiş Sovet İttifaqı və Şərq Bloku ölkələri tərəfindən istifadə olunmuşdur. Bundan əlavə, Meksika və Myanma tərəfindən də istifadə olunur. Ən çox silahlı Mi-2 variantları Polşa tərəfindən istifadə edilmişdir. Onlardan bəziləri keçmiş Şərqi Almaniya tərəfindən də istifadə edilmişdir (yalnız pulemyot və idarə olunmayan raket silahları ilə təchiz edilmiş olan formada). Şimali Koreyada da çox aktiv formada fəaliyyət göstərən və Mi-2 helikopterlərindən formalaşmış olan aviadonanma mövcuddur.
İstinadlar
redaktə- ↑ 1 2 3 World Air Forces 2014. 2014.
- ↑ World Air Forces 2008. 2008.