Mildrid Ceyn Hill - Wikipedia
Mildrid Ceyn Hill (27 iyun 1859[1], Luisvill, Kentukki – 5 iyun 1916[1], Çikaqo, İllinoys) — "Good Morning to All"("Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası.
Mildrid Ceyn Hill | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 iyun 1859[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 1916[1] (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqişünas, pianoçu, mahnı yazarı[d] |
Musiqi aləti | piano |
Həyatı
redaktəKentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası, Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi[2]. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında, Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı.
Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı[3] və 1892-ci ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi[4].
Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi,[5] . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.
Mildrid Hillin əlyazma və sənədləri Kentukki ştatının Luisvill şəhərindəki Luisvill Universitetinin Musiqi Kitabxanasında saxlanılır.
"Happy birthday to You"
redaktəLuisvill Eksperimental Uşaq Bağçası Məktəbində dərs deyərkən, Hill bacıları "Hamınızın sabahı xeyir" mahnısını yazdı; Mildred melodiyasını, sözlərini isə Peti Hill yazdı. Mahnı ilk dəfə 1893-cü ildə müəllimlərin tələbələrinə mahnı oxumaları üçün təbrik mahnısı kimi Uşaq bağçaları üçün mahnı hekayələrində[6] nəşr edilmişdir[7] . Uşaq bağçaları üçün mahnı hekayələri 20-dən çox nəşr idi və sözləri fransız, alman, ispan, çin, yapon və isveç dilinə tərcümə edilmişdi[8].
"Happy birthday to you" ilk dəfə 1912-ci ildə fərqli sözlərlə "Hamınızın sabahı xeyir" melodiyasından istifadə edilərək çapda çıxdı[9] . Populyarlığı 1930-cu illərə qədər artaraq davam etdi, yeni sözlər üçün heç bir müəllif müəyyən edilmədi, nə də "Hamınızın sabahı xeyirr" mahnısının sözlərindən əlavə heç bir söz götürülmədi. Sammi Şirkəti tərəfindən 1935-ci ildə müəlliflik hüquqları qeydə alındı və bir sıra məhkəmə işlərinə (hamısı məhkəmədən kənarda qaldı) əsaslanaraq bacılar "Happy birthday to you" müəllifləri kimi tanındılar,[10]. Bu gün Hill Fondu mahnının ictimai ifalarına qonorar verir. Lakin bu, bir hakim müəllif hüququnun qanuniliyinə qarşı qərar verdikdən sonra sual altına düşdü.
İrsi
redaktəHill və bacısının ölümündən sonra 1996-cı il 12 iyunda Mahnı müəllifləri Şöhrət Zalına daxil oldular.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Mildred Jane Hill // Musicalics (fr.).
- ↑ "Copyright and the World's Most Popular Song." Arxivləşdirilib 2020-05-11 at the Wayback Machine Robert Brauneis. October 14, 2010. Retrieved July 4, 2013.
- ↑ Simon Russell Beale. New Nations and New Worlds // Symphony. 3 epizod. 2011-11-17. BBC. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-17.
- ↑ Michael Beckerman. "MUSIC; Dvorak as Prime Mover, Sitting Duck and More". New York Times. 17 November 2002. 23 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2012.
- ↑ Fuld, James J. The Book of World-Famous Music: Classical, Popular and Folk. Courier Dover Publications. 2000. 267. ISBN 9780486414751. İstifadə tarixi: April 4, 2013.
- ↑ Hill, Mildred J. Song Stories for the Kindergarten. Internet Archive. 1896. İstifadə tarixi: 2013-12-07.
- ↑ Brauneis, Robert, Copyright and the World's Most Popular Song, 2008-03-21, 4–15, SSRN 1111624
- ↑ Biographical Extracts relating to Prominent Artists of Louisville and Kentucky. Louisville, Kentucky: Louisville Free Public Library. 1939. 107. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-07.
- ↑ Brauneis, Robert, Copyright and the World's Most Popular Song, 2008-03-21, səh. 31, SSRN 1111624
- ↑ Brauneis, Robert, Copyright and the World's Most Popular Song, 2008-03-21, səh. 28, SSRN 1111624, The Myth of a Court Ruling