Milli Idman Stadionu Ulan Bator - Wikipedia
Milli İdman Stadionu (monq. Төв цэнгэлдэх хүрээлэн, ing. National Sport Stadium of Mongolia) — Monqolustanın paytaxtı Ulan-Batorda yerləşən mərkəzi idman stadionu.[1][2]
Milli İdman Stadionu | |
---|---|
Yeri | Ulan-Bator, Monqolustan |
Açılış tarixi | 1958 |
Sahibi | Monqolustan |
Tamaşaçı tutumu | 20 000 |
Meydançanın ölçüləri | 105 x 68 m |
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırda əsasən futbol oyunlarında istifadə edilən stadionun tamaşaçı tutumu 20 000 nəfərdir. Monqolustanın müstəqillik bayramı olan Naadam festivalı hər ilin iyul ayında bu stadionda keçirilir. Stadionun sahibi olan şirkətə təxminən 27 min hektar ərazi məxsus olmasına baxmayaraq stadionun sahəsi 8 min hektardır. Bu stadionda 2016-cı ildə Dünya Universitetlərinin oxatma üzrə çempionatı keçirildi.[3]
Stadionun səhmlərinin 51%-i özəl şirkət, 49%-i isə hökumətdir. Stadion sahiblərinin çox olmasının səbəbi ölkədə 12 500 nəfər tamaşaçı tutumua malik yeganə stadion olmasıdır.
Tarixi
redaktəBu stadion 1958-ci ildə SSRİ tərəfindən Ulan-Batorda inşa edildi. O vaxtdan bəri heç bir zaman təmir edilməyən stadion, sadəcə ilkdə bir dəfə rəngləndirilir. Stadion futbol, festival və digər çoxfunksiyalı tədbirlər üçün inşa edilməsinə baxmayaraq, yalnız müstəqillik günü münasibətilə təşkil edilən Naadam festivalı keçirilir. Digər tədbirlər isə hökumət tərəfindən təşkil edilən digər təşkilatlar müqavilə əsasında təşkil edirlər.
Tədbirlər
redaktəStadion ölkənin ən böyük stadionu olduğuna görə bir çox beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər burda keçirilir. Buna misal olaraq 2013-cı il 21 setyabr tarixində keçirilən "MBK Entertainment" üzvləri T-ara qrupu, Daviçi, Cənubi Koreyanın "Sürət" qrupu və "The SeeYa" qrupunun birlikdə konsert tədbiri baş tutmuşdu.[4] Bundan başqa, ənənəvi Naadam festivalı hər il bu stadionda keçirilir.
İstinadlar
redaktə- ↑ National Sport Stadium of Mongolia (Ulan Bator) Arxivləşdirilib 2019-04-23 at the Wayback Machine İstifadə tarixi:2015-11-4
- ↑ Самый лучший стадион Монголии Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine İstifadə tarixi:2015-11-4
- ↑ The History of Archery in FISU Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine İstifadə tarixi: 2015-11-4
- ↑ Core Contents Media artist, including T-ara, Davichi, SPEED, and The SeeYa held a concert in the stadium on September 21, 2013 Arxivləşdirilib aprel 7, 2022, at the Wayback Machine İstifadə tarixi:2015-11-4