Milli Bomba Film 2004 - Wikipedia
Milli Bomba Film 2004 - Wikipedia - Haqqında Məlumat
Milli bomba — Rejissor Vaqif Mustafayevin filmi.[1]
Milli bomba | |
---|---|
Janr | Faciəvi komediya |
Rejissor | Vaqif Mustafayev |
Ssenari müəllifləri | Elçin, Vaqif Mustafayev |
Baş rollarda |
Avtandil Maxaradze-Montajçı Lətifə Əliyeva Arzu Hüseynov-Montajçının oğlu Yaşar Nuri-Prodüser Nuriyyə Əhmədova-Montajçının arvadı |
Operatorlar | Lomer Axvlediani, Cimşer Kristesaşvili |
Bəstəkar | Giya Kançeli |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası Skip-Media (Rusiya) |
İlk baxış tarixi |
21 iyun 2004, Moskva (Rusiya)(Moskva Beynəlxalq Kinofestivalı) 10 fevral 2007, Bakı, Azərbaycan Kinoteatrı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 104 dəqiqə |
Büdcə | 300 min $ |
Ölkələr |
Azərbaycan Rusiya |
Dil | Rus dili |
İl | 2004 |
Texniki məlumatlar |
11 hissə 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0418001 |
Məzmun
redaktəFilm kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...
Film haqqında
redaktə- Azərbaycan filmə 300 min dollar ayırmışdır.
- Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi". Məqalədə deyilir: ""Milli Bomba" xalqların keçmiş "qardaşcasına dostluğuna" yasin oxumaqdır: burada sovet psixologiyasının "əlacsız izi" var və şanlı Bakı sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünür. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cürə birləşdirə bilmirlər".
- Filmin yaradılması ideyası 1991-ci ildə insanların adət etdikləri ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yeni həyatla ayaqlaşa bilmədikləri bir dövrdə meydana gəlib.
- Film Elçinin "Mənim ərim dəlidir" pyesinin motivləri əsasında çəkilib.
- Məşhur rus aktyoru Leonid Kuravlyovun filmdə rol aldığı səhnələr montaj zamanı kəsilmiş və filmin son versiyasına daxil olmamışdır.
Festivallar və mükafatlar
redaktə- 1)2004-cü ildə Smolenskdə(Rusiya) MDB və Baltikyanı Ölkələrin Beynəlxalq "Yeni Kino – XXI Əsr" Kinofestivalı
- Film baş Mükafat–Qran Pri almışdır.
- Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Mükafat verilmişdir.
- Bəstəkar Giya Kançeliyə xüsusi Mükafat verilmişdir.
- 2)Novqorodda(Rusiya) "Gülümsə, Rusiya" Komediya Filmləri Festivalı
- Filmə baş Mükafat verilmişdir.
- 3)2007-ci ildə Varnada(Bolqarıstan) XV Beynəlxalq "Məhəbbət Dəlilikdir" kinofestivalı
- Filmə "Acı Piyalə" Mükafatı verilmişdir.
Namizəd
redaktəFilmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor : Vaqif Mustafayev[2]
- Ssenari müəllifləri : Elçin, Vaqif Mustafayev
- Quruluşçu operatorlar : Lomer Axvlediani, Cimşer Kristesaşvili
- Quruluşçu rəssam : Ağarəhim Əliyev
- Bəstəkar : Giya Kançeli
- Prodüser : Valeri Ruzin
- Montaj edənlər : Lyubov Xvostova, Nisə Hacıyeva
- Səs rejissoru: İqor Muqanov
- Səs operatoru Vidadi Samanduyev
Rollarda
redaktə- Avtandil Maxaradze - montajçı
- Yaşar Nuri - prodüser Əbdülqəni
- Nuriyyə Əhmədova - montajçının arvadı
- Əjdər Həmidov - Məmməd
- Arzu Hüseynov - montajçının oğlu
- Mənsur Məmmədov - Əbdülqəninin atası
- Gülşad Baxşıyeva - Əbdülqəninin arvadı
- Səidə Quliyeva - Əbdülqəninin qızı
- Murad Dadaşov - montajçı (gənc)
- Aysu Əfəndiyeva - montajçının arvadı (gənc)
- Şəfiqə Qasımova - katibə
- Bəhram Bağırzadə - radio aparıcısı
- Arif Qasımov - televiziya işçisi
- Arif Kərimov - televiziya işçisi
- Yana Nikitina - televiziya işçisi
- Kazım Abdullayev - referat
- Mir Teymur Məmmədov - qonşu
- Rafiq Əliyev - həkim
- Atəş Davudov - heykəltaraş
- Tamara Hüseynova - montajçının anası
- Mirzə Babayev - montajçının atalığı
- Əli Məmmədov - montajçı uşaqlıqda
- Dünyamin Hüseynov - kinostudiyanın direktoru
- Valeh Kərimov - Məmmədin atası
- Fatma Mahmudova - Məmmədin anası
- Həsən Məmmədov - epizod
- Adil Əliyev - epizod
- Yuri Rıjkov - epizod
İstinadlar
redaktə- ↑ Mirzə, H. Öz başımıza salınmalı "Milli bomba": Kinorejissor Vaqif Mustafayev doğru düşündü, əla çəkdi //Olaylar.- 2011.- 4 may.- S. 10.
- ↑ Ayxan. MDB-nin ilk kino festivalı: Tiflisdə keçirilən festivalda Azərbaycanı "Milli bomba" təmsil edib: [Kinorejissor Vaqif Mustafayevin eyni adlı filmi haqqında] //Ekspress.- 2010.- 3 noyabr.- S. 14.