Milli Kimlik - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Milli kimlik (identiklik) nədir
redaktəMilli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasım dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir. Milli identiklik milli mədəniyyəti, yaşadığı ölkənin təbiət və mədəniyyətini, adət-ənələrini tanımaqdan və sevməkdən keçir. Vətəni, tarixi keçmişi, qəhrəmanları, adətləri ilə qürur hissi yaşamayan şəxsin milli identikliyi həmin dövlətlə bağlı ola bilməz. Milli identikliyin mühüm tərkib hissəsi olan davranış-tənzimetmə komponenti şəxsin özünün eyniləşdirdiyi dövlətə münasibətdə həyata keçirəcəyi hərəkətlərə hazırlıq formalaşdırır.
Milli kimlik ədəbiyyatda
redaktəədəbiyyatda milli identiklik[1] məsələsi yaxud milli identiklik və ədəbiyyat problemi mürəkkəbliyi və çoxşaxəliliyi ilə fərqlənir. Birtərəfdən problemi qabartmaqla ədəbi-bədii söz sənəti diqqət mərkəzində dayanır. Digər tərəfdən isə problemin ədəbiyyata nüfuz etməsi kontekstində milli identiklik və milli mental dəyərlərin ədəbi-bədii nümunələrdə təcəssüm olunması da diqqət mərkəzindədir. identiklik problemi digər problemlər kimi heç də bütün sənəd əsərlərinə şamil edilə bilməz. Onun ortaya çıxarılması üçün xüsusi tarixi-sosial və mədəni kontekst tələb olunur.
Müstəqillik ərəfəsi və postsovet dövrü Azərbaycan ədəbiyyatında milli kimlik
redaktəSovet imperiyasının dağılmasından sonra milli dövlət quruculuğunun başlanması ədəbiyyata da öz təsirini göstərdi. Milli kimlik anlayışları gücləndi. Dövlət siyasətinin əsasında azərbaycançılıq ideologiyası dayanan müstəqil Azərbaycanda tarixin yenidən dəyərləndirilməsi prosesi gerçəkləşdi. Azərbaycan müstəqillik qazandıqdan sonra ədəbiyyatımızda ilk ideya-estetik canlanma milli kimlik istiqamətində baş verdi. Bu həm məzmun, həm də formada özünü göstərə bildi. Azərbaycançılıq təkcə Vətən yox, həm də açıq-acığına millət, dövlət ideologiyasl kimi ədəbiyyatda öz əksini tapdı.
İstər bədii yaradıcılıqda, istərsə də ədəbiyyatşünaslıqda XX əsrin başlanğıcı və sovet dövrünün represiyyadan əvvəlki illərinə aid milliləşmə prosesinə qayıdış hələ XX əsrin 60-cı illərindən başlamışdır; xəlqiliyin imkanlarının millliklə uzlaşdırılması, vətən mövzusunda milli dünyagörüşünün hüdudlarının genişləndiirlməsinə xidmət edən detal və motivlərin artması, tarixi mövzu çərçivələrinin daha geniş aspektdə açılması ilə milli qürur hissinin təlqini və inkişafı, foklor və mifologiyada milli genetik özünəməxsusluğun üzə çıxarılması,Məmmədhüseyn Təhmasibi[2] n,Mirəli Seyidov[3] un, Akademik Məmməd Cəfər Cəfərov, Əli Sultanlının tədqiqatları və s. kimi bir-birini tamamlayan proseslər qabağı alınmayan böyük hadisəyə, istiqlala, müstəqilliyə yol açırdı.[4]
0-cı illərdən başlayaraq milli-mənəvi özünüdərk prosesi dərinləşdikcə, onun turançılıq və türkçülüklə bağlı elementləri də artmağa başladı.
Azərbaycanın tərənnümü və Azərbaycan çağırışlarında vətən, milli kimlik paralelizmi
redaktəŞair və yazıçılarımız milli kimliyin qorunub yaşadılması və təbliği üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar ki, bunun da ən əsası döğma yurdun, Vətənin tərənnümü ilə mümkün idi. Böyük mütəfəkkirimiz Hüseyn Cavidin "Azər" poemasında fərd-vətən-millət məfhumlarının bir-biri ilə uğurla əlaqələndirilməsi, Əhməd Cavadın "Azərbaycan" şerində vətəninin sahib olduğu gözəllikləri, sərvətləri tərənnüm etməsi, Xəlil Rza Ulutürkün "Qalx ayağa, Azərbaycan" şeiri təkcə adı ilə yox, həm də ruhu, məfkurəsi ilə, təqdim etdiyi idealı, qürur duyduğu milli kimliyi ilə təsviri, Səməd Vurğunun da "Azərbaycan" şeirində müşahidə etdiyimiz mənzərə əksər şairlərimizin yaradıcılığında xarakterik hal kimi özünü göstərmişdir.[5]
Milli kimlik və qloballaşma
redaktəQloballaşan dünyada milli dövlət də, onun sütunu sayılan milli kimlik (identiklik) də çoxsaylı təsirlərə məruz qalır. Qloballaşma identikliyin formalaşmasına bütün səviyyələrdə təsir edir. Müasir dövlətin öz vətəndaşları üçün təmin etdiyi identiklik məkanı bir tərəfdən-mədəni hegemoniya və informasiya qlobalizminin unifikasiya meyillərinə, digət tərəfdən etnik-dini vəs. birliklərin təzyiqinə məruz qalır. İdentikliyin ənənəvi meyarlarının hüdudları sezilməz olur. Bir qütbdə kosmopolitik dünya vətəndaşlığı, digər qütbdə alternativ qismində fundamentalist etnik-dini, konfessional, sivilizasion identiklik seçimləri üz-üzə gəlir. Qlobalizm[6] adlanan mahiyyətcə yeni " ideologiyasızlaşdırma" planı kimi çıxış edən bu meyillərin milli dövlət üçün konkret təhlükələri mövcuddur. Bunlar hansılardır.
- Siyasi baxımdan milli dövlətin tədrici olaraq zəiflədilməsi, səlahiyyətlərinin fövqəlmilli strukturlara ötürülməsi
- Sosial-mədəni baxımdan-milli mədəniyyətlərin etnik komponentinin qabardılması, "ekzotik" planda təqdimatı
- Etnosiyasi baxımdan-inkişaf gedişində təbii olan sosial gərginlik məqamlarının informasiya və immiqrasiya siyasəti ilə sivilazasion-mədəni müstəviyə keçirilməsi
- Mədəni baxımından-mədəni hegemoniya və kosmopolit dünyagörüşünün yayılması
- Geosiyası baxımdan-qlobalizm meyillərinə qarşı dura biləcək hər hansı səmərəli regional qurumların yaranmasını əngəlləmək
Milli kimlik və multikulturalizm
redaktəMultukulturalizm- Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Multukulturalizm[7] elə bir təlimdir ki, o mədəni prualizmi bəşəri fəaliyyətin əsas məzmunu elan edir, pozitiv müxtəlifliyin qorunmasını və inkişafını özünün əsas vəzifəsi kimi təsdiq edir. Multkultural cəmiyyətdə hər bir etnosun mənsubları öz spesifik mədəniyyətlərini hüquqi əsaslarla inkişaf etdirmək imkanları qazanırlar. Etnik-mədəni müxtəlifiyin inkişafına müsbət təsir göstərdiyindən milli identikləşmə prosesi ilə paralel şəkildə inkişaf edib, formalaşa bilir.
Xarici keçidlər
redaktə- MƏDƏNİYYƏTLƏRARASI MÜNASİBƏTLƏRƏ MİLLİ İDENTİKLİYİN TƏSİRİNİN SOSİAL-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
- Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi
- Qloballaşma və mədəni müxtəliflik [ölü keçid]
- Qloballaşma şəraitində psixoloji identiklik problemi
- Milli ideya: müstəqillik simvolundan dövlətçiliyin gələcək inkişaf modelinə doğru gerçəkləşən yolda
- İDENTİKLİK VƏ MULTİKULTURALİZM: METODOLOGİYA, TENDENSİYALAR VƏ PERSPEKTİVLƏR
- Multukulturalizmə giriş (dərs vəsaiti)
İstinadlar
redaktə- ↑ ədəbiyyatda milli identik problemi. Filologiya məsələləri № 9 2016.
- ↑ Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri 2 cilddə. I və II cild.bakı Mütərcim 2010
- ↑ Mirəli seyidov. "Azərbaycan xalqının soykökünü düşünərkən" Bakı, "Yazıçı" 1989
- ↑ Tahirə Məmməd. Milli kimlik və Bədii mətn, Bakı. "Elm və Təhsil" 2020
- ↑ Tahirə Məmməd. Milli Kimlik və Bədii mətn. Bakı "Elm və təhsil", 2020
- ↑ qlobalizm və mədəbi müxtəliflik. baki-Elm 2004
- ↑ multukulturalizmə giriş (dərslik) 2018.