Milos Gurzesi - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Milos gürzəsi[3][4] (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır.
Milos gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Milos gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
redaktəMilos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan).
Təsviri
redaktəYetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır. Dişilər bir qayda olaraq qəhvəyi ləkələrə sahibdirlər. Erkəklər boz və daha parlaq olur. Hər iki fərd daha çox yazda parlaq olur. Dişilər bu zaman solğun sarı, erkəklər isə parlaq-boz rəng alır.
Həyat tərzi
redaktəMilos gürzəsinin yayılma zonası olduqca zəngindir. Onlar insanların antropogenləşdirdiyi ərazilrdən tutmuş, bitki örtüyü ilə zəif örtülmüş və çılpaq qayalıqlara sahib ərzilərə yayıla bilirlər. Əsasən günəşin göründüyü çay kənarlarında, bataqlıqlarda rastlanırlar. İsti günlərdə əsasən gecələr aktiv olurlar. İlin qalan günlərində isə günün istənilən anları aktivdirlər. Onlar əsasən xırda məməlilər, quşlar və digər ilanlarla qidalanırlar. Bala fərdlər isə böcək və yumurtaları üstün tuturlar. Quşlar adəti üzrə köç zamanı şikara çevrilirlər. İlanlar kolların arasında şikarlarını ovlaya bilirlər. Bədəninə zəhər yeridilmiş şikar ilanın dişləri arasındaca can verir. Səbəb isə ilanın sonradan zəhərlədiyi şimarı aşkarlaya bilməyəcəyi ilə əlaqədardır.
Macrovipera schweizeri — Avropada yeganə yumurta qoyan ilandır. Bir dəfəyə 4–11 yumurta qoyur. Yumurtalar 35–47mm ölçüyə sahibdirlər. Balalar 5–7 həftədən sonra yumurtadan çıxır. Onun zəhəri insan üçün olduqca təhlükəlidir. İnlan vurmuş adam dərhal tibb məntəqəsinə çatdırılmalıdır.
- Vipera lebetina schweizeri — Mertens, 1951
- Vipera lebetina siphnensis — Wettstein, 1952
- Daboia (Daboia) lebetina schweizeri — Obst, 1983
- Vipera schweizeri — Nilson & Andrén, 1988
- Vipera lebetina schweizeri — González, 1991
- Macrovipera schweizeri — Herrmann, Joger & Nilson, 1992[5]
Ədəbiyyat
redaktə- E. Nicholas Arnold, Denys W. Ovenden. 2002. Reptilies and Amphibians of Europe. Princeton University Press. ISBN 0-691-11413-7
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.
- ↑ "Милосская гадюка". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
- ↑ "Milos gürzəsi (Milos viper və ya Macrovipera schweizeri)". 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
- ↑ McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp. ISBN 1-893777-00-6 (series). ISBN 1-893777-01-4 (volume)