Miltiad Roma Papasi - Wikipedia
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir[1], Roma[2] – 11 yanvar 314[1], Roma, Roma imperiyası[3]) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu.
Mənşəyi
redaktəLiber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi,[4] baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir.[5]
Pontifikat
redaktəOnun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı
Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar.
Vəfatı
redaktəDaha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü.
İrsi
redaktə5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu. 1969-cu ildə vacib bayramlar siyahısından silindi[6] və bayram ölüm günü 10 yanvar tarixinə keçirildi və onun adı "məzlum" xülasəsisiz "Miltiad" kimi qeyd olunmağa başlandı.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Dictionary of African Biography (ing.). / E. K. Akyeampong, Henry Louis Gates, Jr. NYC: OUP, 2012.
- ↑ https://books.google.be/books?id=ExYOAQAAMAAJ.
- ↑ http://www.huffingtonpost.com/2013/03/03/has-there-ever-been-a-black-or-african-pope_n_2795549.html.
- ↑ Annuario Pontificio 2012 (Libreria Editrice Vaticana ISBN 978-88-209-8722-0), p. 8*
- ↑ Richard P. McBrien, Lives of the Popes, (HarperCollins, 2000), 56.
- ↑ Calendarium Romanum (Libreria Editrice Vaticana 1969), p. 148
- ↑ Martyrologium Romanum (Libreria Editrice Vaticana 2001 ISBN 88-209-7210-7)
Xarici keçidlər
redaktə- "Miltiad" (ingilis). Encyclopædia Britannica. 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-25.