Minaksi Mebedi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Minakşi məbədi — Hindistanın Tamilnad ştatında yerləşir.
Tarixi
redaktəMinakşi məbədi Hindistanın Tamilnad ştatında yerləşir. 1310-cu ildə tikilmiş məbəd dəfələrlə işğalçıların hücumuna məruz qalsa da, dövrümüzə qədər gəlib çata bilib. Məbədin xarici görünüşü turistlərin diqqətini xüsusilə cəlb edir. Bu da əbəs deyil. Belə ki, məbəd xaricdən biri digərindən tamamilə fərqlənən minə yaxın kiçik heykəllərlə bəzədilib. Heykəllərin arasında müxtəlif hind tanrıları, uydurma heyvanlar, musiqiçilər, eləcə də sadə qadın və kişi fiqurlarına rast gəlmək mümkündür. Məbəd binasının fasadını bəzəyən heykəllər hər 12 ildən bir bərpa olunur və rənglənir. Qeyd edək ki, heykəllər üzərində son bərpa işləri 2009-cu ildə aparılıb. Kompleksin eni 258 metr, uzunluğu isə 223 metrdir. Hündürlüyü 52 metrə çatan məbəddə 14 qala və kiçik gölə rast gəlmək mümkündür.[1]