Minilliyin Meseleleri Riyaziyyat - Wikipedia
Minilliyin Meseleleri Riyaziyyat - Wikipedia - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Minilliyin məsələləri (Millennium Prize Problems) - bir çox illər həlli tapılmayan vacib, klassik məsələlər olan yeddi riyazi problem. Problemin hər birinin həllinə Kley Riyaziyyat İnstitutu 1 000 000 ABŞ dolları həcmində mükafat vəd edir. Kley institutu mükafatı elan edərkən, Gilbert problemləri siyahısını misal gətirdi. Gilbertin 1900-cu ildə təqdim etdiyi problemlərin bir çoxu artıq həll edilib və XX əsrdə riyaziyyat elminə ciddi təsir edib. Qilbertin 23 problemindən çoxu həll edilib və ancaq biri — Riman hipotezi Minilliyin problemləri siyahısına daxil olub.
2010-cu ilin sentyabr ayı tarixinə Minilliyin yeddi problemindən biri (Puankare hipotezi) rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.
Yeddi problem
redaktə- P və NP siniflərinin bərabərliyi
- Xoca hipotezi
- Puankare hipotezi (isbat edilib)
- Riman hipotezi
- Yanq-Mills nəzəriyyəsi
- Navye-Stoks bərbərliyinin mövcudluğu və rahat həlli
- Berç və Svinnerton-dayer hipotezi
Mənbə
redaktə- А. М. Вершик "Что полезно математике? Размышления о премиях Clay Millenium"
- Riyaziyyatda minilliyin böyük çağırışı (ing.)
- Minilliyin problemləri Arxivləşdirilib 2009-01-16 at the Wayback Machine (ing.)