Mir Faseh Qebiristanligi - Wikipedia
Mir Faseh qəbiristanlığı — Şuşanın Cıdır düzündə yerləşən müsəlman qəbirstanlığı.[1]
müsəlman qəbiristanlığı | |
Mir Faseh qəbiristanlığı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşdiyi yer | Şuşa, Cıdır düzü |
Dini tərkib | İslam |
39°45′03″ şm. e. 46°45′31″ ş. u.HGYO | |
|
Tarixi
redaktəŞuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mirfəsehin kiçik, lakin çox mötəbər qəbiristanlığı var idi. Qəbirstanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır.[2] Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün yaxınlığında, lap uçurumda dəfn edilib. Nəvvab "Təzkirə" adlı əsərlərindən biri də bu hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın qardaşı oğlu Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçdi. Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək, Xan, onu oğlu ilə birlikdə edam etməyi əmr etdi. Onlar Vaqifin göstərişi ilə çoxlu adamların atıldığı Xəznə qayasına "Adam atılan" ("intihar qayası" deməkdir) gətirildi. Onun hüzurunda qayadan ilk atılan oğlunun olacağını bilən Vaqif ağlayıb müqavimət göstərməyə başlayır. Nəticədə onların hər ikisi edam edilmiş və sonra burada dəfn edilmişdir. Sonralar şuşalıların ziyarət yerinə çevrilən türbənin üzərində günbəzvari məqbərə tikilib.[3] Şuşa həbsxanası və Şor bulağa yaxın bir neçə qəbiristanlıq da var idi.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, PREZİDENT KİTABXANASI. İnzibati-ərazi vahidləri (PDF). Bakı. səh. 234.
- ↑ 1 2 Chingiz Qajar. Old Shusha. Baku: Şərq-Qərb. 2014. səh. 129. ISBN 978-9952-448-82-5.
- ↑ "Cıdır düzündə yerləşən Mir Faseh qəbiristanlığı". www.azerbaijan-news.az. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.