Mirfazil Mirmovsumov - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Mirfazil Mirhüseyin oğlu Mirmövsümov (d. 1907, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 23 aprel 1942, Xrestise, Ukrayna SSR, SSRİ) — Azərbaycan fotoqrafı və fotojurnalisti.[1]
Mirfazil Mirmövsümov | |
---|---|
Mirfazil Mirhüseyin oğlu Mirmövsümov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Xrestise, Ukrayna SSR, SSRİ |
Həyatı
redaktə1907-ci ildə Bakı şəhərində anadan olmuşdur, keçmiş 1 May küçəsi, dalan 5, mənzil 3-də yaşamışdır. 9 yaşında olanda atası vəfat etmiş, anasınm himayəsi altında böyümüşdür. 1931-ci ildə Rəhimə xanımla ailə həyatı qurmuş və üç qız (Səkinə, Rəfiqə və Almas) atası olmuşdur. Ailəsini dolandırmaq üçün fotomüxbir kimi işləmiş və müxtəlif dövrü mətbuatda şəkilləri çap olunmuşdur. 1936-cı ildən Azərfilmdə işləmişdir.
Böyük Vətən müharibəsi başlayanda müharibəyə getmiş və geri qayıtmamışdır. 1942-ci il 23 aprel tarixində Ukraynanın Slavyansk vilayətinin Xrestise kəndində qardaşlıq məzarında dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ "Mirfazil Mirmövsümov". photographer.az/. photographer.az/. 10 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2018.