Miri Bey Vezirov - Wikipedia
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi.
Miri bəy Vəzirov | |
---|---|
1 noyabr 1918 – 19 mart 1919 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Cəfər bəy Rüstəmbəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 oktyabr 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 1925 |
Vəfat yeri |
Həyatı
redaktəMir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır.
Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.[1] 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
redaktə- ↑ Qanunverici aktlar, 1998. səh. 346