Mirnaib Hesenoglu - Wikipedia
Mirnaib Həsənoğlu (1962, Kirovabad) — peşəkar fotoqraf, fotoqrafiya ilə bağlı bir çox kitabların müəllifi, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri.
Mirnaib Həsənoğlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Həyatı
redaktəMirnaib Həsənoğlu 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildən etibarən peşəkar fotoqrafiya ilə məşğul olur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Universitet) qəbul olunub və 1989-cu ildə oranı bitirmişdir.[1]
Fəaliyyəti
redaktə1990-cı ildən etibarən onun fəaliyyəti mətbuatda çap olunmağa başladı. 1995-də Fransanın Nant şəhərində fotosərgidə iştirak etmişdir. 1997-də YUNİSEF tərəfindən "Keçid dövrünün portretlərinin Azərbaycan tərzi" və "Azerbaijan Refuges", 1998-də isə "Azərbaycan" kitablarının müəlliflərindən biri olmuşdu.
1997–2002 "ing. World Press Photo" мüsabiqələrinin iştirakçısı olmuş, 1998-də Açıq Cəmiyyət İnstitutunun Nyu York şöbəsindən "Ehtiyac Pərvanələri" layihəsinə görə təqaüd almışdır.
1998-ci ilin noyabrda Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri olmuş[2] və 2011–2022-ci illərdə həmin birliyə sədrlik etmişdir.[3][4] O, bu müddət ərzində bir çox fotoalbomların müəllifi kimi beynəlxalq mükafatlara layiq görülmüş, fotosərgilər keçirmişdir.[5][6]
Mirnaib Həsənoğlunun foto yaradıcılığında Qarabağ mövzusu da hər zaman xüsusi yer tutub. Belə ki, o, istər birinci, istərsə da ikinci Qarabağ müharibəsi ilə bağlı geniş foto arxiv işləyib saxlamışdır.[7][8][9] O, 2011-ci ilin dekabrında Fransada Senatda "Haut Garabagh" adlı fərdi foto sərgi keçirib.[1][10]
2021-ci il aprelin 29-da Milli Azərbaycan Tarixi Muzeyində "Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində" adlı fotosərginin açılışı oldu. Fotosərgi Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunan "Anadır arzulara hər zaman Qarabağ" adlı sərginin çərçivəsində hazırlanıb. Fotosərgidə bir neçə fotoqrafa, o cümlədən Mirnaib Həsənoğluya məxsus 50-dən artıq fotoşəkil nümayiş olundu. Fotoşəkillərin toplanmasında da Mirnaib Həsənoğlu muzeyə dəstək olmuşdur.[11][12]
Mükafatları
redaktə- ABB şirkətinin İsveçrədə "What is Khnolith" müsabiqəsində I yer. 2000, sentyabr.[13]
- BMT-nin Azərbaycanda QİÇS-lə mübarizə müsabiqəsində birinci yer. 2000, noyabr.[14]
- Azərbaycan Fotoqraflar Birliyi — İlin fotoqrafı. 2000.[15]
- Price water house şirkətinin keçirdiyi foto müsabiqədə birinci yer. 2001, may.
- Ekologiya foto müsabiqəsində ikinci yer. 2001.
- Azərbaycan Fotoqraflar Birliyi — Qızıl Arqus mükafatı. 2002.[14]
- BMT-nin Azərbaycan ofisinin "Kasıbçılıq və gələcək" fotomüsabiqəsinin diplomu. 2004.
- Qazaxıstanın Aktau şəhərində "Xəzər dostluq dənizidir" festivalının qızıl medalı. 2006.
- Azərbaycan Mədəniyyət Nazirliyinin keçirdiyi fotomüsabiqədə 1-ci yer. 2006.
- Açıq Cəmiyyət Fondları "Our Rainbow Colored Life: Drag Performer in Azerbaijan" layihəsi ücün qrant. 2011.[16][14]
İstinadlar
redaktə- ↑ 1 2 "Fotoqrafiya". 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.02.
- ↑ "Azərbaycan Fotoqraflar Birliyi". 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.02.
- ↑ "Haqqında". AFB (az.). 2016-06-09. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ Yarpaq. "Mirnaib Həsənoğlu Fotoqraflar Birliyinin yeni sədri seçildi". yarpaq.az. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ Bayramlı, Toğrul. "Rəssamla tanışlıq: Mirnaib Həsənoğlu - Tədbir". EduOnline.Az (az.). 2018-01-27. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ "Foto". İstifadə tarixi: 2023.09.02.
- ↑ "1905". 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.02.
- ↑ Əliyeva, Kəmalə. "Qarlı Şuşa: Azərbaycanın mədəniyyət paytaxtının unikal kadrları - FOTO". Sputnik Azərbaycan (az.). 2022-10-30. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-02.
- ↑ "Şuşa". 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.02.
- ↑ "Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «dəyirmi masa» keçirilmişdir". worldinfo.az (az.). 1970-01-01. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-02.
- ↑ Nakhiyev, Toghrul Nasirli, Alakhber. "Muzeydə "Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində" adlı fotosərgi təşkil olunacaq". science.gov.az (az.). 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-02.
- ↑ "azertag". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.02.
- ↑ "Azərbaycan Fotoqrafları" (PDF). azhistorymuseum.gov.az. 2023-03-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024.03.24.
- ↑ 1 2 3 "Mirnaib Həsənoğlu". photographer.az. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.03.24.
- ↑ "Arxivlənmiş surət". www.anl.az. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
- ↑ "Drag Performer in Azerbaijan. Lady Slim". www.youtube.com. İstifadə tarixi: 2024.03.24.