Mirze Ebdulqedir Vusaqi - Wikipedia
Mirzə Əbdülqədir Vüsaqi və ya Əbdülqadir İsmayılzadə (1865, Sayadlı, Xızı rayonu – 1914, Bakı) ― azərbaycanlı şair, yazıçı. “Şah İsmayıl”, “Seyfəlmülk” opera librettolarının, “Yusif və Züleyxa”, “Əli xan” və “Şahzadə İsmayıl” adlı dram əsərlərinin müəllifidir.[1] Mikayıl Müşfiqin atasıdır. [2][3]
Mirzə Əbdülqədir Vüsaqi | |
---|---|
Əbdülqadir İsmayılzadə | |
Təxəllüsü | Vüsaqi |
Doğum tarixi | |
Doğum yeri | Sayadlı kəndi, Xızı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Uşağı | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Tanınmış əsəri | "Seyfəlmülk" operası |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və yaradıcılığı
redaktəƏbdülqadir İsmayılzadə 1865-ci ildə Xızıda Sayadlı kəndində anadan olub.[4] Atası Molla İsmayıl Xızı kəndinin tanınmış məktəbdarlarından olub. İbtidai təhsilini əvvəl öz atası Molla İsmayıldan alıb. Bir az sonra ərəb dilinə daha ətraflı bələd olmaq üçün Quba qazısı Axund Zəkidən ərəbcə təhsili alıb. Bir müddət Xızıda atasının yerində əski üsulda məktəbdarlıq edib.[5] Sonra 1902-ci ildə Bakıya köçmüş burada müəllimlik fəaliyyətinə davam etmişdir.[6] Bir müddət Cəfər Cabbarlıya da dərs deyib. [7]1905-ci ildə “Nəşri-maarif” cəmiyyətinin açmış olduğu yeni üsul ilə iki illik pedoqoji kursuna daxil olaraq oranı bitirmişdir. Bu kursu qurtardıqdan sonra əski üsulu buraxaraq şagirdlərinə yeni üsulda dərs verməyə başlamışdır.[5] 1908-ci ildə Bakıda fəaliyyət göstərən "Səadət" məktəbinə dəvət olunur və ömrünün sonuna kimi burada çalışır.[8] Mirzə Əbdülqədirin "Vüsaqi" təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunurdu. Müslüm Maqomayev "Şah İsmayıl" operasını Mirzə Qədirin “Şahzadə İsmayıl” adlı poemasının əsasında yaradıb. Mirzə qədir həm də "Şah İsmayıl" operasının liberettosunu, "Seyfəlmülük", "Yusif və Züleyxa" operalarının mətnini yazıb. [2] İlk iki operanı yazıb bitirsə də “Yusif-Züleyxa” və ”Əli xan” operaları yarımçıq qalıb.[9]
Mirzə Əbdülqədir Vüsaqi 1914-cü ildə Bakıda dünyasını dəyişib. [2] [10]
Xatirəsi və irsi
redaktə4 iyun 1937-ci ildə Mikayıl Müşfiq həbs edildikdən sonra evindən onlarla kitab, yüzlərlə əlyazma da müsadirə edilir. Sonradan həmin müsadirə olunan əsərlər "əhəmiyyətsiz" hesab olunduğu üçün 13 oktyabr 1937-ci ildə yandırılıb. Çox güman ki, həmin kitablar və əlyazmalar içində Mirzə Əbdülqədir Vüsaqinin də əsərləri məhv olub. [1]
Ailəsi
redaktə1904-cü ildə Züleyxa İsmayılzadə ilə ailə həyatı qurub. Bu evlilikdən Mirzə İsmayılzadə, Böyükxanım İsmayılzadə, Balacaxanım İsmayılzadə, Mikayıl İsmayılzadə adlı uşaqları olub.[11] Mikayıl Müşfiqin atasıdır.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Qurbansoy, 2018. səh. 2
- ↑ 1 2 3 Qurbansoy, 2018. səh. 7
- ↑ Qurbansoy, 2018. səh. 10
- ↑ Qurbansoy, 2018. səh. 6
- ↑ 1 2 3 Qurbansoy, 2018. səh. 66
- ↑ "Tarixdə bu gün: 10 avqust" (az.). trt.net.tr. 10.08.2020. 27.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.10.2021.
- ↑ Qurbansoy, 2018. səh. 45
- ↑ 1 2 "Mirzə Əbdülqədir Vüsaqi" (az.). bioqrafiya.com. 07.03.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.10.2021.
- ↑ Qurbansoy, 2018. səh. 64
- ↑ Qurbansoy, 2018. səh. 62
- ↑ Qurbansoy, 2018. səh. 9
Ədəbiyyat
redaktə- Firudin Qurbansoy. Mirzə Əbdülqadir Visaqi: özü və sözü (PDF). Baku. 2018. ISBN 978-9952-37-100-0. Archived from the original on 2021-10-06. İstifadə tarixi: 2021-10-06.