Mirze Ehmed Suheyli - Wikipedia
Mirzə Əhməd Süheyli (Təbriz – 31 dekabr 1910, Təbriz) — Azərbaycan şairi.
Həyatı
redaktəMirzə Əhməd Süheyli açıq fikirli, azadxah, vətənpərvər bir ədib və həm də istedadlı bir şair olmuşdur.
Süheyli başqa yaradıcılıqları və ədəbiyyata xidmətləri ilə yanaşı, 1903-cü ildə özündən əvvəlki şairlərin əsərlərindən ibarət bir böyük şeirlər məcmuəsi tərtib etmiş, özünün bir sıra şerlərinin buraya salmaqla çap etdirmişdir. Bu məcmuəyə Hilali, Əhli Şeyx Əttar, Əbusəid Əbulxeyr, Əvhədi, Vəhşi, Baba Tahir, Hatif, Cami, Məsud, Səd, Nizari, İbn-Yəminin şerlərinin daxil etmişdir. Mirzə Əhməd Süheyli 1330-cu h.q. (1911 m.) ilində, məhərrəm ayının 10-da çar məmurları tərəfindən dar ağacından asılmışdır. Bu faciəli ölümünə görə Təbrizdə elə adam tapmaq çətindir ki, uşaqlıqdan bəri bu barədə söhbətlər eşitməsin və onun şerlərindən dinləməsin, ya özü əzbərdən bilməsin.
Yalvardım
Yetişdim canə, az bəs bimürivvər yarə yalvardım.
Kəsildi çarəm axir, səngdil əğyarə yalvardım.
Gülümdən naümid oldum, məni-biçarə bülbül tək,
Gedib bir güldən ötrü axiri min xarə yalvardım,
Səri-küyün gündüzlər şam olunca eylədim məskən,
Gələndə zülməti-şəb, üz qoyub divarə yalvardım,
Kəmali-iczlə bir gün əl atdım, damənin tutdum.
Sirişki-ahimi gözdən töküb ruxsarə yalvardım.
Dedimcana, mərizi-eşqinəm, qıl dərdimə çarə,
Dedi get, dərdinə məndən tapılmaz çarə, yalvardım,
Nə gördüm? Nagahan, qoydu kəmana tiri-müjganın,
Atıb bir-bir o vurduqca, məni –biçarə yalvardım.
Dedim: Bəlkə, verəç baş, dərdi-sərdən ta olam fariq,
Odur, vurduqca yarə-yarə yetən, yarə yalvardım.
Süheyli, sakit ol, dildarə icz etmək səadətdir,
Demə bir də dəxi: dil bilməyən dildarə yalvardım.
İstinadlar
redaktəدویست سخنور اثر علی نظمی
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |