Mirze Ehmed Zerger - Wikipedia
Mirzə Əhməd Zərgər və ya Mirzə Əhməd Mirzə Xudaverdioğlu[1] (1786, Pensər, Talış xanlığı – ən tezi 1889, Ərçivan, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — tarixçi. Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir.
Mirzə Əhməd Zərgər | |
---|---|
Doğum tarixi | 1786 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1889 |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi, şair |
Tanınmış əsəri |
Həyatı
redaktəMirzə Əhməd əslən Qarabağda yaşayan Zərgərli tayfasındandır. Müəllifin babası Kərbəlayi Qurban Nadir şahın hakimiyyəti dövründə Qarabağdan Talış mahalının Qızılabad kəndinə köçüb gəlmiş, burada ev saldırmış, bir neçə il həmin yerdə yaşamışdır. Daha sonra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xan üzərinə hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Astaranın Kurab mahalının Butəsər kəndinə (indiki Pensər kəndi) köçərək Ağa Kərim məhəlləsində yaşamışdır.[2]
Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1786-cı ildə anadan olub. O, Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. İranın Rəşt və Ərdəbil şəhərlərində təhsil alıb. 1828-ci ildə Pensər kəndinə qayıdıb, həyatının əsas hissəsini Pensər kəndinin Nəbirli məhəlləsində yaşamışdır.[1]
Mirzə Əhməd 12 il ruslara xidmət edib, bir neçə il Lənkəran və Astarada sərhədbəyi vəzifəsində işləyib. 80 ailə onun ixtiyarında olmuşdur.[2] О, çar hakimiyyətinə xidmət etməsinə baxmayaraq, talış xanlarına sədaqətli qalıb. Bu isə onun atası Mirzə Xudaverdinin Talış xanları Mir Mustafa xan və Mir Həsən xanın vəziri işləməsi ilə bağlıdır.[1]
Tarixçi bir çox hadisələrin müşahidəçisi və iştirakçısı olduğu üçün Talış xanlığının ictimai-siyasi həyatına aid məlumatları öz "Əxbarnamə" əsərində verib.[2]
Mirzə Əhmədin "Əxbarnamə" əsərinin sonunda farsca belə bir qüyd vardır:
Mən Mirzə Əhməd Xudaverdi oğlu bu "Əxbarnamə"ni özümdən yadigar olaraq yazdım ki, övladlarım mənim zamanımda olan hadisələri və başıma gələnləri oxuyub bilsinlər. 97 yaşımda olduğum zaman gözlüksüz yazdım.
Rəbi-ül-əvvəl ayında hicri 1307-ci ildə yazıldı [təxmini 1889, noyabr ayı]. |
Ehtimal olunur ki, tarixçi 1880-ci illərdə vəfat edib.[2]
Hazırda Astara rayonunun Pensər kəndində onun yaşadığı ev qəzalı vəziyyətdədir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 Talışlı, Mirhaşım; Əhədov, Etibar. Lənkəran: ensiklopedik məlumat (2-ci nəşr). Bakı: 3 saylı Bakı mətbəəsi ASC. 2017. 398–399. ISBN 5-89968-099-7.
- ↑ 1 2 3 4 Axundov, İshaq. Əxbarnamə və onun müəllifi // Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbərnamə (Talış Xanlığının tarixindən) (PDF) (3-cü nəşr). Bakı: s. n. 2009. 3–10. 2021-06-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-12.
- ↑ Zakiroğlu, Rahim. "Mirzəlikdən yüksək vəzifəyə və ya ikinci şəxs olmağa aparan yol..." Sputnik Azərbaycan. 2012-12-06. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.