Mirze Huseyn Hesenzade - Wikipedia
Mirzə Hüseyn Həsənzadə və ya Mirzə Hüseyn İrəvani (1869, İrəvan – 1947, Tbilisi) — azərbaycanlı müəllim, pedaqoq və Gürcüstan Demokratik Respublikasının Milli Şurasına seçilmiş 4 azərbaycanlı deputatdan biri.[1]
Mirzə Hüseyn Həsənzadə | |
---|---|
Digər adı | Mirzə Hüseyn |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | [1]/1948[2] |
Vəfat yeri | Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası |
Atası | Hüseyn Həsənzadə |
Anası | Məcidə Həsənzadə |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | müəllim, pedaqoq və siyasətçi |
Həyatı və fəaliyyəti
redaktəMirzə Hüseyn Həsənzadə 1869-cu ildə İrəvanda anadan olub. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarından biridir.[2]
1890-cı illərdə Mirzə Hüseyn Atsquri kənd məktəbində baş müəllim kimi fəaliyyət göstərib.[2] 1912-ci ildə Tiflisdə Kultura mətbəəsində "Tamam əlifba" adlı dərslik nəşr etdirib. 38 səhifəlik bu kitab I sinif üçün yazılmış əlifba dərsliyi idi.[3] Kitabda ərəb əlifbasına sait səslər əlavə edilmişdi.[2] Kitab həmçinin şəkillərdən, qısa hekayələrdən və şeirlərdən ibarət idi.[2] Həmin illərdə Mirzə Hüseyn Tiflis şəhər 2-ci Xarpux Azərbaycan ibtidai məktəbinin müəllimi kimi fəaliyyət göstərirdi.[3]
Tiflisdəki həyatı Mirzə Hüseynin siyasi fəaliyyətində mühüm rol oynamağa başladı. Belə ki, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası qurulduqdan sonra parlament funksiyasını həyata keçirən Gürcüstan Milli Şurasının 1918-ci il 13 sentyabr tarixli qanunu ilə milli azlıqların nümayəndələrinə bu qanunverici orqanda təmsilçilik kvotaları ayrıldı. Buna görə də Gürcüstanda yaşayan Azərbaycan türklərinə də Milli Şurada təmsil olunmaq üçün 4 yer ayrıldı.[4][1] Bu yerlər Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuraların nümayəndələri hesabına doldurulmalı idi. 1918-ci ilin sentyabrın 29-da Gürcüstan Müsəlmanlarının Milli Şurası tərəfindən Əliheydər Qarayev, Əbdürrəhim bəy Haqverdiyev, Əbdüləziz Şərifov və Mirzə Hüseyn Həsənzadəyə parlamentdə təmsilçilik mandatı verildi.[5][6] Bir ay sonra şura öz fəaliyyətini Gürcüstan Müəssislər Məclisi adı altında davam etdirdi.
Mirzə Hüseyn Həsənzadə 1947-ci ildə dünyasını dəyişib.[1] Bəzi mənbələrdə isə onun vəfat tarixi kimi 1948-ci il qeyd edilir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 ოქტაი ქაზუმოვი, გიორგი სორდია. "რა უნდა ვიცოდეთ თანამოქალაქე ეთნიკური აზერბაიჯანელების შესახებ" (az.). tdi.ge. 15 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
- ↑ 1 2 3 4 5 6 Memmedli, Gulnara Goca. "Education History of Meskhetian (Ahiskaian) Turks: Tsarist Russia Period". International Education Studies. 14 (1). 2021: 110–112.
- ↑ 1 2 Fəxri Valehoğlu-Hacılar. "Gürcüstan Demokratik Respublikasının ilk ali qanunverici orqanı: Gürcüstan Milli Şurası və onun azərbaycanlı üzvləri" (az.). zim.az. 25 may 2022. 15 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
- ↑ Janelidze, Otar. The Democratic Republic of Georgia 1918-1921. Tbilisi: Cezanne. 2018. səh. 42. ISBN 978-9941-8-0096-2. 29 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2022.
- ↑ "Əbdürrəhim bəy Haqverdiyevin həyat salnaməsinin Gürcüstan səhifələri - I yazı" (az.). 525-ci qəzet. 23 avqust 2020. 15 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
- ↑ Fəxri Valehoğlu-Hacılar. "Professor Əziz Şərif və Gürcüstan Demokratik Respublikası" (az.). medeniyyet.az. 9 oktyabr 2020. 15 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
Ədəbiyyat
redaktə- Gürcüstan Demokratik Respublikası Hüquqi Sənədləri Məcmuəsi (1918–1921). Tbilisi, 1990, s. 62.