Mirze Huseynqulu Xan Mafi - Wikipedia
Mirzə Hüseynqulu xan Şərif xan oğlu Mafi (1832-1908) — İranın Baş Naziri.
Mirzə Hüseynqulu xan Mafi | |
---|---|
Mirzə Hüseynqulu xan Şərif xan oğlu Mafii | |
Digər adları | Səədəddövlə, Nizamüsssəltənə |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
Həyatı
redaktəMirzə Hüseynqulu xan Şərif xan oğlu 1832-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, mənşəcə Mafi elinin Bayırvənd tayfasından idi. Bu el Ağaməhəmməd şah Qovanlı-Qacar hökmdarlığının ilk illərində Lorestandan köçürülüb Qəzvində sakin eedilmişdi.
Mirzə Hüseynqulu xan Mafi 1854-cü ildə Xorasanda şahzadə Hüsamüssəltəninin yanında xidmətə başlamışdı. 1870-ci ildə İsfahan əyalətinin pişkarı Əbülfəth mirzənin yanında vəzir olmuşdu.
Mirzə Hüseynqulu xan Mafi 1874-cü ildə Yəzd əyalətinin valisi vəzifəsinə təyin edilmişdi. Ona fəxri Səədəddövlə ləqəbini də lütf etmişdilər.1882-ci ildə Fars əyalətinin valisi yanında vəzir məqamına çatmışdı.
Mirzə Hüseynqulu xan Mafi 1885-ci ildə mərkəzi Zəncan olan Xəmsə əyalətinin valisi vəzifəsinə göndərilmişdi.
Mirzə Hüseynqulu xan Mafi 1888-ci ildə Xuzistan və Bəxtiyari əyalətlərinə valisi vəzifəsinə təyin edilmişdi. 1892-ci ildə yenidən Fars əyalətinə göndərilmişdi.
Mirzə Hüseynqulu xan Mafi 1895-ci ildə ikinci dəfə Xuzistan əyalətinə vali olmuşdu.
Mirzə Hüseynqulu xan Mafi 1906-cı ilin dekabr ayından 1907-ci ilin may ayınadək Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Mirzə Hüseynqulu xan Mafi 1907-ci ilin dekabr ayının 21-də baş nazir təyin olunmuşdu. O, bu vəzifədə 21 may 1908-ci ilədək çalışmışdı.
Mirzə Hüseynqulu xan Mafi 1908-ci ildə Tehran şəhərində vəfat edib.
Mirzə Hüseynqulu xan Mafi 3 cildlik xatiratın müəllifidir.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı, 2011. 624 səh.
Ədəbiyyat
redaktə- G.-H. Afżal-al-Molk, Afżal al-tawāriḵ, ed. M. Ettehadieh and S. Saʿdvandiān, Tehran, 1982.
- A. Amin-al-Dawla, Ḵāṭerāt-e siāsi, ed. H. Farmanfarmaian, Tehran, 1962.
- Qəhrəman mirzə Salur ʿAyn-al-Salṭana, Ruznāma-ye ḵāṭerāt, ed. Masʿud Sālur and Iraj Afšār, 10 vols., Tehran, 1995-2001; continuous pagination of vols. I-X.M. Bāmdād, Šarh-e ḥal-e rejāl-e Irān, Vol. 1, Tehran, 1978.
- G. N. Curzon, Persia and the Persian Question, 2 vols., 2nd ed., London, 1966.
- M. Ettehadieh (Nezam Mafi), Peydayeš va taḥavol-e aḥzāb-e siāsi-e Mašruṭiyat, dowre-ye yekom va dovvom-e Majles-e Šurā-ye Melli, Tehran, 2nd ed., 2002.
- Moḥammad-Ḥasan Khan Ṣaniʿ-al-Dawla Eʿte-mād-al-Salṭana, Rūz-nāma-ye ḵāṭerāt-e Eʿtemād-al-Salṭana, ed. Iraj Afšār, 3rd ed., Tehran, 1977.
- Əhməd Kəsrəvi, Tāriḵ-e Mašruṭe-ye Irān, 15th ed., Tehran, 1990.
- F. Kazemzadeh, Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism, tr. M. Amiri, Rus va Engelis dar Irān, 1864-1914, Pajuheši dar bāra-ye amperiālism, 2nd ed., Tehran, 1992.
- Solṭān-ʿAli Khan Māfi, Taḏkerat al-odabāʾ, unpublished M.S.
- Y. Moḡiṯ-al-Salṭana, Nāmahā-ye Moḡiṯ al-Salṭana, ed. Maʿṣumeh Mafi, Tehran, 1983.
- A.-Ḥ. Malek-al-Movarreḵin, Merʾāt al-vaqāyeʿ-e Moẓaffari, ed. ʿA.-Ḥ. Navaʾi, 2 vols., Tehran, 2007.
- Müzəffərəddin şah Qacar, Safar-nāma-ye mobāraka, ed. A. Dehbāši, 2nd ed., Tehran, 1982.
- ʿA. Ḡ. Najm-al-Molk, Safar-nāma-ye Ḵuzestān, ed. M. Dabirsiāqi, Tehran, 1962.
- Nazimülislam Kirmani, Tāriḵ-e bidāri-ye Irāniān, ed. ʿA.-A. Saʿidi Sirjāni, 2 vols., Tehran 1978.
- Ḥosaynqoli Khan Neẓām-al-Salṭana, Ḵāṭerāt va asnād, ed. M. Māfi, M. Ettehadieh, S. Saʿdvandiān, and Ḥ. Rāmpiša, 2nd ed., Tehran, 1982.
- Pierre Oberling, The Qashqā’i Nomads of Fars, Paris, 1974.
- P. M. Sykes, Ten thousand miles in Persia, London, 1902, tr.
- H. Saʿādat Nuri, Safar-nāma-ye Ser Percy Sykes, yā dah hezār mil dar Irān, Tehran, 1984.
- B. Voṯuqi, Barrasi-e tāriḵi, siāsi va ejtemāʿi-e asnād-e Bandar ʿAbbās, 1226-1321, Tehran, 2008.