Mirze Mahmud Xan Develi Qacar - Wikipedia
Mirzə Mahmud xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (12 noyabr 1861, Tehran – 1935, Tehran) — İranın daxili işlər naziri, Milli Məclisin sədri, diplomat
Mirzə Mahmud xan Dəvəli-Qacar | |
---|---|
Mirzə Mahmud xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 noyabr 1861 |
Doğum yeri | |
Vəfat tarixi | 1935 |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Rütbəsi | Daxili işlər generalı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmmədrəhim xanın ikinci oğlu Mahmud xan 1861-ci ildə Tehran şəhərində dünyaya pənah gətirmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sonra məktəbdə oxumuşdu. Təhsilini universitetdə davam etdirmişdi. Fransızca, almanca və ingiliscə bilirdi. Mirzə ünvanı, Ehtişamüssəltənə ləqəbi daşıyırdı.
Mirzə Mahmud xan 1884-cü ildə qullarağasıbaşı vəzifəsi daşıyırdı. Mirzə Mahmud xan 1888–1893-cü illərdə Zəncanın, 1898–1901-ci illərdə Kürdüstanın valisi olmuşdu. 1894-cü ildə Rusiyaya, Sankt-Pеtеrburq şəhərinə elçi getmişdi. 1895–1897-ci illərdə Iraqda, Bağdad şəhərində baş konsul olmuşdu. 1897–1898-ci illərdə MFA-nın yanında katib vəzifəsində çalışmışdı. Mirzə Mahmud xan Iranın böyük səfirlərindən biridir. 1901–1906-cı illərdə Almaniyada, Berlin şəhərində səlahiyyətli nümayəndə, 1906–1907-ci illərdə Almaniyada səfir, 1910–1919-cu illərdə Türkiyədə səfir olmuşdu. Mirzə Mahmud xan yüksək vəzifələrdə çalışmışdı. 1907–1908-ci illərdə Milli Məclisin sədri, 1926–1927-ci illərdə Iranın daxili işlər vəziri vəzifələrində işləmişdi. Mirzə Mahmud xan Əmirtuman rütbəsi almışdı. Mirzə Mahmud xan Isveçli xanımla dünya evinə girmişdi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
- Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.