Mirze Quliyev - Wikipedia
Mirzə Məcid oğlu Quliyev (11 yanvar 1974, Saatlı, Bərdə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.
Mirzə Quliyev | |
---|---|
Mirzə Məcid oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1974 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi |
Polis polkovnik-leytenantı |
Təltifləri |
Həyatı
redaktə11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1980–1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılmışdır. Quliyev Mirzə dövlətçiliyimizin qorunmasında da, vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Mirzə Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilir. Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.
Döyüşlərdə iştirakı
redaktəSədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı-atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilir. Ağdam cəbhəsində Mirzə burada qaynar döyüşlərə girir və qəhrəmanlıqlarla dolu səhifələr yazır. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılır və PDM-si ilə xeyli erməni tankını alova bürüyür.
Ailəsi
redaktəAiləlidir, bir övladı var.
Milli Qəhrəman
redaktə15 yanvar 1995-ci il "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi igidliklərə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 170–171.