Mirze Rebi Kebiri - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Mirzə Rəbi Kəbiri (1889, Marağa, Şərqi Azərbaycan ostanı – 1947, Marağa, Şərqi Azərbaycan ostanı) — general-mayor, Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və teleqraf naziri.[1]
Mirzə Rəbi Kəbiri | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 1947 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general |
|
|
Təltifləri |
"Səttarxan" ordeni |
Həyatı
redaktəMirzə Rəbi Hacı Mir İsaq oğlu Kəbiri 1889-cu ildə Marağa şəhərində anadan olub.[2] Ailəsi Marağanın tanınmış mülkədar ailəsi olub.[3] İlk təhsilini evdə alıb daha sonra isə Təbrizdə və Tehranda davam etdirib. Təhsilini bitirdikdən sonra Daxili İşlər Nazirliyində işləməyə başlayıb. Müxtəlif şəhərlərdə müxtəlif dövlət vəzifələrini icra edib. Kirmanda, Bəlucistanda, Rəfsəncanda və Kirmanşahda qubernator, maliyyə rəisi və digər vəzifələrdə işləyib.
1920-ci ildə Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə qurulan Milli Hökumətin yaranmasından ruhlanaraq, Marağa vilayətində kəndli üsyanlarına başçılıq edib. Bu dövrdə kəndlilər ona Mirzə Rəbi "Biyabani" və " Ədlüddövlə" ləqəbi veriblər. Buna görə də şah məmurları və yerli mülkədarlar tərəfindən təqib olunur. Daha sonra isə həbs olunub. Həbsdən çıxdıqdan sonra da fəaliyyətini davam etdirib.
Rza xanın dövründə Ərdəbilin qubernatoru təyin olunub. Bu vəzifədə ikən kürd quldur İsmayıl Smitqonun Urmiya və ətraf ərazilərdə törətdiyi qətllər və talançılığın qarşısını almaq məqsədilə oraya göndərilib. Beləliklə onun ərhəbrliyi ilə Urmiya şəhəri quldurlardan təmizlənir. Bundan sonra ona dövlət tərəfindən "Ədlüddövlə" titulu verilir.
Azərbaycan Demokrat Hərəkatında
redaktə1941-ci ildə Qonabadın qubernatoru təyin olunur. Burda asayişi bərpa etdikdən sonra Koçan, Xoy və ən sonda Marağaya qubernator təyin olunur.[4] Daha sonra isə dövlət işini tərk edib. Marağada Tudə partiyasına üzv olub. Bölgədə öz ailəsinin nüfuzundan istifadə edərək partiyanın mövqelərini möhkəmləndirib. 1945–1946-cı illərdə Marağa şəhərində və onun ətraf kəndlərində onun başçılığı ilə fədai dəstələri təşkil olunur.[2]
1945-ci ilin avqust ayında Kəbiri fədai dəstələri ilə birlikdə Marağadakı dövlət qurumlarını ələ keçirib. Bundan sonra Marağada hərbi vəziyyət elan olunub və Marağanın hərbi qubernatoru tərəfindən Kəbiri həbs olunub. Daha sonra Sovet qoşunlarının təzyiqi ilə Marağada hərbi vəziyyət aradan qaldırılıb və Kəbiri azadlığa buraxılıb. Şahın təyin etdiyi məmurlar və hərbçilər Marağanı tərk etdikdən sonra Kəbiri bölgəni tamamilə nəzarətinə götürür. Onun burada topladığı fədailər daha sonra Təbrizə doğru istiqamətlənirlər və onların köməyi ilə Təbriz də şah qoşunlarından təmizlənir.[5] Marağa fədailərinin başçısı olub.[6][7]
Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü olub.[8][9]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Yollar, Poçt və Teleqraf naziri təyin olunub.[10][11][12] Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib.[13] Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Mirzə Rəbi Kəbiri olub.[14]
Azərbaycan Milli Hökumətinin Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi.[15][16] Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı.[15] Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Seyid Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər seçildilər.[16][15]
1945-ci ilin əvvəllərində şah rejimini dəstəkləyən yerli feodallar Çaroymaq mahalının Qızılabad, Qarağac, Arpadərə, Göycəqələ, Əcəbşir xətlərində Milli Hökumət əleyhinə fəaliyyətə başlayırlar. Bu dəstələr Kəbirinin başçılıq etdiyi fədai dəstələri tərəfindən məhv edilir.[2] Bundan sonra Mirzə Rəbi Kəbiri Azərbaycan Mili Hökuməti tərəfindən Xalq Qoşunlarının generalı rütbəsi ilə təltif olunur.[17][18][19]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı[2] və "Səttarxan" ordeni ilə təltif edilib.[20][21] Şah rejimi tərəfindən ona milli hərəkatı tərk etməyin qarşılığında Azərbaycan valiliyi vəd edilsə də o, bunu qəbul etmir.[2]
SSRİ İran hökumətinin verdiyi vədlərdən sonra bölgəni tərk edir.[22] Tehran hökuməti isə "Şuralar Məclisinə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeridir.[22] Milli Hökumətə hücum edən şah ordusuna qarşı mübarizə aparmaq üçün Çaroymaq, Gur-Gur, Şahyurdu və Qarağacdan tutmuş, Xan Təxtiyə qədər olan böyük cəbhənin rəhbərliyi general Kəbiriyə tapşırılır. Şah qüvvələrinin tankları, təyyarələri, digər ağır silahları eləcə də sayları çox olsa da Kəbirinin başçılıq etdiyi qüvvələr ilk günlərdə düşmənin hücumunu dayandıra bilirlər. Lakin böyük üstünlüyə malik olan şah qoşunları kiçik tankların, zirehli maşınların və təyyarələrin köməyi ilə cəbhəni yarırlar. Məlik kənd xanı Cəmşid İsfəndiyarı tərəfindən həbs olunub.[23] 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[24] Bununla da Azərbaycan Milli Hökuməti süqut edir.[25] Hərbi səhra məhkəmələri qurulur.[26] Bir neçə gün ərzində minlərlə insan güllələnir.[27] Mirzə Rəbi Kəbiri 1947-ci il yanvarın 17-də Marağada Xan hamamı meydanında dar ağacından asılıb. [28][29]
Bütün əmlakı qarət edilir.
Siyasi fəaliyyəti
redaktəCənubi Azərbaycanlı olan Mirzə Rəbi Kəbiri general və siyasətçi olmuşdur.[1] Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulan zaman həmin hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuşdur.[30]
Ölümü
redaktə1946-cı ilin dekabr ayında SSRİ rəhbəri Stalinin Cənubi Azərbaycanı qərb qüvvələri və İrana güzəştə getməsindən sonra ingilis qoşunları tərəfindən dəstəklənən İran qüvvələri Azərbaycan Milli Hökumətinə silahlı hücuma başladılar. Nəticədə elə dekabr ayındaca milli hökumət süqut etdi. Azərbaycan Demokratik Firqəsinə qoşulan siravi şəxslərdən tutmuş, bütün səviyyələrdəki Milli Hökumət üzvləri və işçiləri kütləvi qırğınlara məruz qaldılar.[31] Bu repressiyalar nəticəsində öldürülənlərdən biri də həmin hökumətin Poçt, Yol və Teleqraf naziri general Mirzə Rəbi Kəbiri olmuşdur. Onun cənazəsi insanlarda qorxu yaratması üçün bilərəkdən günlərlə dar ağacında saxlanılmışdır. Həmin hadisələri gözü ilə görən, hal-hazırda ABŞ-də yaşayan məşhur cərrah Şapur Ənsari həmin hadisəni belə xatırlayır:[31]
Kəbirinin cənazəsini dar ağacında o qədər saxladılar ki... Bizim qonşu xanımlar ağlayırdılar. Onun cənazəsini görmüşdülər. Dözə bilmirdilər, ağlayırdılar. Kəbirinin xanımı nə bədbəxtçiliyə düşdü. Xalq gedib kömək edərdi. Bəziləri qorxardılar... |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Nüsrətullah Cahanşahlı, Biz və müttəfiqlər. Tehran
- ↑ 1 2 3 4 5 İsmayılov, Güləddin. "Mirzə Rəbi Kəbiri (1889 – 1947)". azerbaycan-ruznamesi.org. 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
- ↑ Pişəvəri, 2005. səh. 113
- ↑ Həsənli, 1998. səh. 141
- ↑ Pişəvəri, 2005. səh. 327
- ↑ Çeşmazər, 1986. səh. 60
- ↑ Rəhimli, Əkrəm. "Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 13-cü yazı". Xalq Cəbhəsi qəzeti. 2019-09-19. İstifadə tarixi: 2024-12-12.
- ↑ Çeşmazər, 1986. səh. 70
- ↑ Pişəvəri, 2005. səh. 227
- ↑ Bayramzadə, 2015. səh. 66
- ↑ Həsənli, 2006. səh. 167
- ↑ Çeşmazər, 1986. səh. 65
- ↑ Balayev, 2018. səh. 25
- ↑ Miyanalı, Əlirza. "İNQİLABİ HƏRƏKATIMIZIN SİLAHLI QÜVVƏLƏRİ" (PDF). achiq.info. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-06.
- ↑ 1 2 3 Qasımlı, 2012. səh. 49
- ↑ 1 2 "Azərbaycan Demokrat Firqəsinin xalqa müraciətində nə deyilirdi?". Aznews.az (az.). 2024-09-05. İstifadə tarixi: 2024-12-06.
- ↑ İsmayılov, Güləddin. "Mirzə Rəbi Kəbiri (1889-1947)". azerbaycan-ruznamesi.org. 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
- ↑ Çeşmazər, 1986. səh. 115
- ↑ Pişəvəri, 2005. səh. 310
- ↑ Bayramzadə, 2015. səh. 106
- ↑ Çeşmazər, 1986. səh. 114
- ↑ 1 2 Ələkbərli, 2021. səh. 334
- ↑ Mərəndli, 2017. səh. 316
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Balayev, 2018. səh. 28
- ↑ Mərəndli, 2017. səh. 132
- ↑ Mərəndli, 2017. səh. 189
- ↑ Nəzirli, 1999. səh. 264
- ↑ Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ 1 2 ""Türkcə kitablarımın yandırılmasına səbəb olanları bağışlamayacağam"". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.
Ədəbiyyat
redaktə- Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 978-9952-37-091-1.
- Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 978-9952-81-76-0-7.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3.
- Bayramzadə, Səməd. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF) (az.). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 185. ISBN 9789952828535.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121.
- Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
- Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. ISBN 5–91017–012–0.
- Qasımlı, Aydın. Güney Azərbaycan Türkləri son 100 ildə (PDF) (az.). Bakı: Adiloğlu nəşriyyatı. 2012. səh. 202.
- Nəzirli, Şəmistan. Arxivlərin sirri açılır (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1999. səh. 384.
- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207.