Mixael Feldkamp - Wikipedia
Mixael F. Feldkamp (alm. Michael F. Feldkamp; 23 aprel 1962, Kil[1]) ― alman tarixçisi və jurnalist.
Mixael Feldkamp | |
---|---|
Mixael F. Feldkamp | |
Doğum tarixi | 23 aprel 1962 (62 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tarix |
Təhsili |
• Bonn Universiteti • Papa Qriqoryan Universiteti |
Mükafatları |
• Qüdsün Müqəddəs Tanrı Qəbiri Ordeninin Cəngavəri (2009 – cu il) • Qüdsün Müqəddəs Tanrı Qəbiri Ordeninin Komandoru (2011 – ci il) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFeldkamp Osnabrük şəhərində Karolinum gimnaziyasını bitirmiş, 1983-cü ildən etibarən Bonn şəhərinin Fridrix Vilhelm universitetində tarix, katolik teologiya, pedaqogika və fəlsəfə, 1985-1986-cı illərdə isə Romada Papa Qriqoryan Universitetində kilsə tarixi təhsili almışdır. 1990-cı ildə Kölndə Dövlət İmtahan Komissiyasında müəllimlərin birinci dərəcəli dövlət imtahanını vermişdir (Bonn şəhər şöbəsi). 1986, 1990 və 1991-ci illərdə Romada yerləşən Alman Tarix İnstitutunun təqaüdçüsü olmuş və 1992-ci ildə tədqiqat layihəsinin həyata keçirilməsi üçün Katolik Yepiskoplar Təqaüd Fondundan Kuzanusverk təqaüdü almışdır.
1992-ci ilin dekabr ayında fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Qısa fasilələr istisna olmaqla, 1993-cü ildən etibarən Feldkamp Bundestaq administrasiyasının arxiv şöbəsində tarixçi və protokollar şöbəsində nitq yazarı kimi fəaliyyət göstərir. O, Bundestaq sənədlərinin: "Parlament Şurası 1948 – 1949, Sənədlər və Protokollar" (alm. Der Parlamentarische Rat 1948-1949, Akten und Protokolle) nəşrində iştirak etmişdir
1996-1997-ci illərdə Müasir Tarix İnstitutunda “Almaniya Federativ Respublikasının xarici siyasəti sənədləri” (alm. Akten zur Auswärtigen Politik der Bundesrepublik Deutschland) üzərində çalışmışdır. Feldkamp 2000-ci ildən etibarən "Almaniya Bundestaqının Tarix Kitabçası"nın (alm. Datenhandbuch zur Geschichte des Deutschen Bundestages) müəllifidir.
Fəaliyyəti
redaktəFeldkamp kilsə və papalığın orta əsrlərdən bugünədək olan tarixi ilə məşğul olur. Feldkampın tədqiqatının əsas mövzusu Papa diplomatiyası tarixi, həmçinin elm və universitet tarixidir. Almaniyadan kənarda Feldkamp katolik kilsəsinin nasizmə münasibəti barədə məqalələri ilə məşhurdur. Feldkamp özünün "XII Piy və Almaniya" (alm. Pius XII und Deutschland) adlı əsərində Con Kornvellin “Hitlerin atası: XII Piyin sirli tarixi” nəşrinə istinad edərək, tədqiqatın mürəkkəbliyini geniş oxucu kütləsinə təqdim etmişdir. Onun “Holdhagenin narazı kilsəsi” adlı kitabı Daniel Holdhagenin tezisləri ilə ciddi ziddiyyət təşkil etmişdir. Feldkamp hesab edir ki, Holdhagen düzgün tərcümə olunmamış, qərəzli və saxtalaşdırılmış sənədlərə istinad edərək, Roma Papası XII Piyi yanlış şəkildə antisemit və nasistlərin “yoldaşı” kimi təqdim etmişdir. Feldkampın sonrakı nəşrləri sonralar Almaniya Federativ Respublikasının kansleri olmuş Kurt Georq Kissingerin Alman Milli Sosial İşçi Partiyasına üzv olmasından bəhs etmişdir. Katolik və publisist fəaliyyətinin nəticəsi olaraq Feldkamp Almaniyanın müasir katolisizminin ən önəmli nümayəndələrindən hesab olunur.
Mükafatları
redaktə- Qüdsün Müqəddəs Tanrı Qəbiri Ordeninin Cəngavəri (2009-cu il)
- Qüdsün Müqəddəs Tanrı Qəbiri Ordeninin Komandoru (2011-ci il)
- Dahi Müqəddəs Qriqoriy Ordeninin Komandoru (2021-ci il)
Publikasiyaları
redaktə- Studien und Texte zur Geschichte der Kölner Nuntiatur. 4 Bde., Città del Vaticano 1993, 1995 und 2008, ISBN 8885042228 – ISBN 888504221X – ISBN 8885042279 – ISBN 9788885042513.
- Zur Bedeutung der „successio alternativa“ im Hochstift Osnabrück während des 17. und 18. Jahrhunderts. In: Blätter für deutsche Landesgeschichte 130 (1994), S. 75–110 (online).
- Der Parlamentarische Rat 1948–1949. Akten und Protokolle. Bd. 8, ISBN 3-7646-1946-5 (Rezension in FAZ), Bd. 10 (ISBN 3-486-56232-0), Bd. 11 (ISBN 3-486-56279-7), Bd. 12 (ISBN 3-486-56379-3) und 14 (ISBN 9783486565645). Harald Boldt Verlag, Boppard, bzw. Oldenbourg, München 1995–2009.
- Der Parlamentarische Rat 1948–1949. Göttingen 1998, ISBN 3525013663 (Rezension bei H-Soz-u-Kult). Überarbeitete Neuausgabe. Mit einem Geleitwort von Bundestagspräsident Norbert Lammert, Göttingen 2008, ISBN 9783525367551 (Rezension (недоступная ссылка) bei Das Parlament, Rezension in der Zeit sowie Rezension in der FAZ).
- La diplomazia pontificia. Da Silvestro I a Giovanni Paolo II. Milano 1998 (franz. Übersetzung: Paris 2001 ISBN 2204064521; span. Übersetzung: Madrid 2004 ISBN 8479146974, Rezension der span. Ausgabe (недоступная ссылка); PDF; 47 kB).
- Die Entstehung des Grundgesetzes für die Bundesrepublik Deutschland 1949. Stuttgart 1999, ISBN 3150170206.
- Die Beziehungen der Bundesrepublik Deutschland zum Heiligen Stuhl 1949–1966. Aus den Vatikanakten des Auswärtigen Amts. Eine Dokumentation. Köln u. a. 2000, ISBN 3412033995.
- Pius XII. und Deutschland. Göttingen 2000, ISBN 3525340265 (Text auf Google Books, Rezension bei H-Soz-u-Kult).
- Der „Stellvertreter“ von Rolf Hochhuth in der Innen- und Außenpolitik der Bundesrepublik Deutschland. Mit einem Anhang ausgewählter Aktenstücke aus den Vatikanakten des Auswärtigen Amtes. In: Geschichte im Bistum Aachen, Beiheft 2, 2001/2002: Von Pius XII. bis Johannes XXIII. Hrsg. vom Geschichtsverein für das Bistum Aachen e. V., Neustadt a. d. Aisch 2001, S. 127–177.
- Leo Just: Briefe an Hermann Cardauns, Paul Fridolin Kehr, Aloys Schulte, Heinrich Finke, Albert Brackmann und Martin Spahn 1923–1944. Hrsg., eingeleitet und kommentiert von Michael F. Feldkamp, Frankfurt am Main, u. a. 2002, ISBN 3631389310 (Rezension bei H-Soz-u-Kult und Rezension in der FAZ, vgl. auch Rezensionsnotiz zu FAZ auf perlentaucher.de).
- Goldhagens unwillige Kirche. Alte und neue Fälschungen über Kirche und Papst während der NS-Herrschaft, München 2003, ISBN 3789281271.
- Anmerkungen zu Urschrift und Faksimileausgaben des Grundgesetzes für die Bundesrepublik Deutschland vom 23. Mai 1949. In: Zeitschrift für Parlamentsfragen 35 (2004), S. 199–219.
- (unter Mitarbeit von Birgit Ströbel:) Datenhandbuch zur Geschichte des Deutschen Bundestages 1994 bis 2003. Baden-Baden 2005, ISBN 3832913955 (online (PDF; 16 kB) auf der Website des Deutschen Bundestages).
- Kurt Georg Kiesinger und seine Berliner Studentenkorporation Askania auf dem Weg ins „Dritte Reich“. In: Günter Buchstab/Philipp Gassert/Peter Thaddäus Lang (Hrsg.): Kurt Georg Kiesinger 1904–1988. Von Ebingen ins Kanzleramt. Hrsg. im Auftrag der Konrad-Adenauer-Stiftung e. V. (= Herder Taschenbuch), Freiburg im Breisgau, Basel, Wien 2005, S. 149–199, ISBN 3451230062.
- 150 Jahre Katholischer Studentenverein Askania-Burgundia im Kartellverband Katholischer Deutscher Studentenvereine (KV) zu Berlin 1853–2003. Berlin 2006 (online; PDF; 2,4 MB).
- Der Bundestagspräsident. Amt – Funktion – Person. 16. Wahlperiode, hrsg. von Michael F. Feldkamp, München 2007, ISBN 978-3-7892-8201-0; 17. Wahlperiode München 2011, ISBN 978-3-7892-8213-3.
- Der Parlamentarische Rat und das Grundgesetz für die Bundesrepublik Deutschland 1948 bis 1949. Option für die Europäische Integration und die Deutsche Einheit. Hrsg. von der Konrad-Adenauer-Stiftung, Berlin 2008, ISBN 9783940955098 (online (PDF; 692 kB) auf der Website der Konrad-Adenauer-Stiftung).
- Mitläufer, Feiglinge, Antisemiten? Katholische Kirche und Nationalsozialismus. Augsburg 2009, ISBN 9783867440653.
- Der Deutsche Bundestag – 100 Fragen und Antworten. Baden-Baden 2009, ISBN 9783832935269 (Rezension bei Das Parlament und Rezension in der Neuen Osnabrücker Zeitung).
- (zusammen mit Dirk Kunze:) Mit Frack im Parlament. Ein Beitrag zur parlamentarischen Kultur und politischen Symbolik im Deutschen Bundestag. Mit einem Geleitwort des Präsidenten des Deutschen Bundestages Norbert Lammert, Baden-Baden 2009, ISBN 9783832935252 (Rezension bei Das Parlament).
- Geheim und effektiv. Über 1000 Jahre Diplomatie der Päpste. Augsburg 2010, ISBN 9783867441506.
- Datenhandbuch zur Geschichte des Deutschen Bundestages 1990 bis 2010. Baden-Baden 2011, ISBN 9783832962371 (online mit Recherchemöglichkeit auf der Website des Deutschen Bundestags, Rezension in der Wirtschaftswoche und Rezension bei Das Parlament).
- (zusammen mit Ralph Igel:) Die Polizei des Bundestagspräsidenten in parlamentsgeschichtlicher Perspektive, in: Zeitschrift für Parlamentsfragen 44 (2013), Heft 1, S. 126-13
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #123232988 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.