Mixail Trabzon Imperatoru - Wikipedia
Mixail Komnenos (yun. Μιχαήλ Μέγας Κομνηνός)(1285 – ən tezi 1355, Konstantinopol) — 16-cı Trabzon imperatoru.[1]
Mixail Komnenos | |
---|---|
| |
Əvvəlki | III İohann |
Sonrakı | III Aleksey |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1285 |
Vəfat tarixi | ən tezi 1355 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | II İohann |
Anası | Evdokiya Paleoloq (VIII Mixailin qızı) |
Uşağı | III İohann |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının vəfatının ardından qardaşı Aleksey taxta çıxmış, Mixail isə anasıyla birlikdə babasının yanına - Konstantinopola getmişdir. 1341-ci ilədək burada qalan Mixail Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissa ilə evləndi və bu evlilikdən gələcəkdə sələfi olacaq oğlu İohann dünyaya gəldi.
Qardaşı oğlu Vasileyin ölümündən sonra Trabzonda tək qalan və hakimiyyəti ələ alan xanımı İrinayla evləndirilməsi məqsədilə 1341-ci ildə Trabzona yola düşmüş, ancaq o Trabzona çatana qədər İrina taxtdan endirilmişdir. Yeni imperatriça Anna Komnini tərəfindən həbs olunan Mixail imperiyanın şərq torpaqlarına sürgün edildi. Çox keçmədən saray əyanlarının göndərdiyi səltənətə dəvət məktubuyla o əsnada Konstantinopolda olan oğlu İohann Genuyalıların dəstəyilə taxta çıxarıldı. Oğlunun taxta çıxmasına baxmayaraq sürgündən qaytarılmadı. Cəmi 2 il sonra əyləncə və ziyafətlərlə keçən lüks həyat tərzindən şikayətlənən yerli xalq tərəfindən oğlu III İohann 3 may 1344-cü ildə taxtdan endirildi və sürgündə saxlanılan Mixail taxta çıxarıldı.
Son 5 il ərzində 5 imperator dəyişən və hakimiyyət üzərində nüfuz sahibi olan Trabzon zadəganlarının mövqeyini zəiflətdi. Ən yaxın tərəfdarlarından olan və səltənətinin ilk illərində dövlət idarəsini əlində saxlayan Niketas və oğlunu 1345-ci ildə həsb etdirdi. Bütün bu hadisələr əsnasında yaranan siyasi boşluqdan istifadə edən türkmənlər 1346-cı ildə indiki Orduya bağlı 2 qalanı ələ keçirdilər. 1348-ci ildə baş tutan və 3 gün davam edən türkmən axınlarının isə qarşısı çətinliklə alındı. Həmin il baş tutan Genuya işğalı zamanı isə imperiyanın ikinci böyük şəhəri olan Karesus (indiki Giresun) işğal olundu. Bağlanan sülh qarşılığında Karesus şəhəri geri alınsa da, Genuyanın Qara dənizdəki hakimiyyəti tanındı.
13 dekabr 1349-cu ildə sürgündən qaçan Niketas tərəfindən taxtdan zorla endirildi və qardaşı oğlu Vasileyin Konstantinopolda olan oğlu Aleksey taxta çıxarıldı. Mixail isə kilsəyə qapadılaraq rahib olmağa zorlandı. 1351-ci ildə Konstantinopola göndərilən Mixail Bizans imperatoru V İohann tərəfindən azad edildi. Bir ara yenidən hakimiyyəti ələ almağa cəhd etsə də, bu cəhdi uğursuz oldu. Ölüm tarixi bilinmir.
Ailəsi
redaktəMənbə
redaktə- Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
- George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
- Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
İstinadlar
redaktə- ↑ Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.