Mixail Artamonov - Wikipedia
Mixail İllarionoviç Artamonov (23 noyabr (5 dekabr) 1898 – 31 iyul 1972[2], Leninqrad) — sovet arxeoloqu və tarixçisi. Sovet xəzərşünaslığının banisi.
Mixail Artamonov | |
---|---|
rus. Михаил Илларионович Артамонов | |
Doğum tarixi | 23 noyabr (5 dekabr) 1898 |
Vəfat tarixi | 31 iyul 1972[2] (73 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | arxeologiya[1], tarix, sənətşünaslıq[1] |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirmələri | Svetlana Pletnyova, Lev Qumilyov, Lev Kleyn |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMixail İllarionoviç Artamonov 5 dekabr 1898-ci ildə Rusiya imperiyasının Tver quberniyasının Vıqolovo kəndində anadan olmuşdu.1913-cü ildə Şəhər 4 sinifli məktəbi bitirmişdi.Oktyabr inqilabına qədər Sankt-Peterburq şəhərdi kantorşik işləmişdi.1914–1916-cı illərdə axşam ümumtəhsil məktəbində oxumuşdu.1917-ci ildə orduya çağrılmışdı.Fevral burjua-demokratik inqilabı entuziazm ilə qarşılamışdı.Həmin ilin aprel ayında əsgər deputatları şurasının üzvü seçilmişdi.Lakin könüllü olaraq cəbhəyə yollanmışdı.Qərbi Dvində bir çox döyüşlərə qatılmışdı.
Mixail Artamonov 1917-ci ilin dekabrında ordudan tərxis olundu. Petroqrada çağrılaraq milliləşdirilmiş Beynəlxalq bankda çalışmağa başladı. 1918-ci ilin yayından 1920-ci ilin sonunadək Tver vilayətinin maarif şöbəsində müəllim və məktəb müdiri kimi işlədi.
Mixail Artamonov 1921-ci ildən 1924-cü ilədək Sankt-Peterburq Dövlət Universitetində təhsil aldı.Universiteti tamamlayandan sonra arxeoloji kabinədə kiçik assisent kimi qaldı.
Mixail Artamonov 31 iyul 1972-ci ildə Leninqrad şəhərində vəfat edib.
Artamonov və Xəzərşünaslıq
redaktəM.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu barədə belə deyir: "Zaqafqaziyada türkütlər haqqında "Alban tarixi"nin ətraflı məlumatı bununla bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur".
Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki, xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər. Qeyd etdiyimiz kimi, hələ Xosrov Ənuşirəvan dövründə Albaniyaya 10 min xəzər köçürülmüşdü, xəzərlərin əlində olan Qəbələ şəhərində onların inzibati mərkəzi yerləşirdi; çox ehtimal ki, xəzərlər cənuba doğru növbəti hücumları zamanı məğlubiyyətə uğradıqda, M.İ.Artamonovun dediyi kimi, Albaniyanı tərk etmədilər, sadəcə Albaniya ərazisində əvvəlki hərəkət yerinə, Qəbələ rayonuna qayıtdılar. Burada onlar öz soyğunçu yürüşləri üçün əlverişli hadisələrin baş verməsini gözləməyə başlayaraq, qərbdə çox ehtimal ki, Gürcüstan sərhədlərinədək, cənubda isə Kür çayınadək uzanan, şübhəsiz, böyük bir ərazini nəzarət altında saxladılar. Onlar şərqdə öz mərkəzi hakimiyyətlərilə daimi əlaqə saxlayaraq təkcə Dərbənd keçidini deyil, Dərbənddən qərbdəki bütün dağ keçidlərini (Ağbulaq, Salavat keçidləri, Bazardüzü dağındakı iki keçidi) də diqqətlə nəzarət altında saxlayırdılar, çünki bu keçidlərdən ən qısa müddətdə Albaniya ərazisinə qoşun yeritmək olardı.
M.İ.Artamonov belə güman edir ki, onun monofizit hesab etdiyi Viro, knyaz Varaz-Qriqoru xaçaçuran etdiyi halda xalkedonçu Bizans imperatoru I İraklinin Varaz-Qriqoru ikinci dəfə xaçaçuran etməsi Vironun xoşuna gəlməyə bilərdi. Gördüyümüz kimi, Viro da xalkedonçu idi; odur ki, Varaz-Qriqorun İrakli tərəfindən ikinci dəfə xaçaçuran olunması Albaniya kilsəsini Gürcüstanın da mənsub olduğu xalkedon kilsə yığıncağına daha möhkəm bağladı. Albaniya tarixində baş verən sonrakı hadisələr təsdiq edir ki, Albaniya kilsəsi məhz katolikos Vironun hökmranlığı dövründən etibarən xalkedon kilsə yığıncağı mövqeyində idi. Viro 25 illik həbsdən azad olunduqdan sonra vətənə getdi. "Viro vətəninə gəldikdən sonra öz yerarxiya kilsələrinin qarşısında səcdə edib qapı və döşəmələrini qucaqlayır, sel kimi göz yaşı axıdıb dizi üstə yerdə sürünürdü". Lakin katolikosa "bir az istirahət etmək və həsrətini çəkdiyi" doğma yurdunu "doyunca görmək" müyəssər olmadı, çünki "onu dəhşətli kədər, zəhmət və məşəqqətlər gözləyirdi və çox keçmədən baş verən dağıntının şahidi olmalı idi".
Məlum olduğu kimi, 627-ci ildə, Vironun azad olmasına bir il qalmış, Bizans ilə xəzərlər arasında İrana qarşı bağlanan hərbi ittifaqa görə Xəzər orduları Zaqafqaziya ərazisinə ilk böyük basqına başladılar. Bizans tarixçisinin bildirdiyinə görə, "İmperator İraklinin Sasanilərlə müharibəsi zamanı İrakli xəzərlər adlanan Şərq türkləri ilə ittifaq bağladı. Onlar xaqandan sonra ən böyük şəxs sayılan [Cebu Xaqanın] rəhbərliyi ilə Atrpatakan əyalətinə soxuldular. Xəzərlərin bu hücumu "Ağvan tarixi"ndə əks olunmuşdur; burada deyilir: "xəzərlərin saysız-hesabsız quldur dəstələri İraklinin buyruğu ilə ölkəmizə [Albaniyaya] basqınlar edirdi".
Ölkəyə soxulan xəzərlər birinci zərbəni Dərbəndə endirdilər. Onlar şəhəri uzun müddət mühasirəyə alandan sonra Dərbəndin "gözəl hasarlarını" dağıtdılar; halbuki İran şahları bu hasarları çəkmək üçün memarları səfərbərliyə alıb bir çox müxtəlif materiallar axtarmaqla ölkəmizi [Albaniyanı] taqətdən salmışdılar".
M.İ.Artamonov belə hesab edir ki, xəzərlərin Albaniyadakı üçillik hökmranlığı bununla başa çatır və A.Y.Krımski iddia etdiyi kimi, xəzərlərin bu ölkədə "yüzillik hökmranlığı barəsində heç söz ola bilməz". O öz iddiasını əsaslandırmaq üçün M.Kalankatukluya istinad edir ki, o da belə yazır: xəzərlər 10 minlik İran ordu-sunu darmadağın etdikdən sonra, yenidən "keçidlərlə üç dövlətə — Ermənistan, Gürcüstan və Albaniyaya tərəf üz qoydular", lakin "məğlub edildilər". M.İ.Artamonov xəzərlər tarixinə dair son tədqiqatında xəzərlərin Albaniyada qalmaları müddətinin nə qədər uzun olduğu barədə əvvəlki nöqteyi-nəzərini dəyişdirib belə deyir: "Zaqafqaziyada türkütlər (xəzərlər — Ə.Ç.) haqqında "Alban tarixi"nin ətraflı məlumatı bununla (xəzərlərin məğlubiyyətindən sonra — Ə.Ç.) bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur".
M.İ. Artamonov L.N.Qumilyevin fərziyyələrinə əsaslanaraq bu faktı əsassız hesab edir ki, "M.Kalankatuklu L.N.Qumilyevin "türkütlər" adlandırdığını "xəzərlər adlandırır və xəzərlərin qısa müddət üçün Albaniyada olmamasını 630-cu ildə Qərbi türkütlər xaqanlığındakı hadisələrlə əlaqələndirir".
Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki, xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər. Qeyd etdiyimiz kimi, hələ Xosrov Ənuşirəvan dövründə Albaniyaya 10 min xəzər köçürülmüşdü, xəzərlərin əlində olan Qəbələ" şəhərində onların inzibati mərkəzi yerləşirdi1; çox ehtimal ki, xəzərlər cənuba doğru növbəti hücumları zamanı məğlubiyyətə uğradıqda, M.İ.Artamonovun dediyi kimi, Albaniyanı tərk etmədilər, sadəcə Albaniya ərazisində əvvəlki hərəkət yerinə, Qəbələ rayonuna qayıtdılar. Burada onlar öz soyğunçu yürüşləri üçün əlverişli hadisələrin baş verməsini gözləməyə başlayaraq, qərbdə çox ehtimal ki, Gürcüstan sərhədlərinədək, cənubda isə Kür çayınadək uzanan, şübhəsiz, böyük bir ərazini nəzarət altında saxladılar. Onlar şərqdə öz mərkəzi hakimiyyətlərilə daimi əlaqə saxlayaraq təkcə Dərbənd keçidini deyil, Dərbənddən qərbdəki bütün dağ keçidlə-rini (Ağbulaq, Salavat keçidləri, Bazardüzü dağındakı iki keçidi) də diqqətlə nəzarət altında saxlayırdılar, çünki bu keçidlərdən ən qısa müddətdə Albaniya ərazisinə qoşun yeritmək olardı.
Xəzərlərin Arran əhalisinə münasibəti haqqında "Azərbaycan tarixi"ndən verilən izahat heyrətə səbəb olur, çünki burada deyilir ki, İranla Bizans arasındakı müharibələr zamanı xəzərlər "albanlarla dostlaşıb onlarla birlikdə Bizans qoşununu düşməncəsinə qarşıladılar". Gətirilən material bunun əksini göstərir.
M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan — Bələncər, yaxud Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər bir hissəsinə — Səməndər şəhərinə köçürüldü.
M.İ Artamanova görə, ərəb və Bizans mənbələri xəzərləri türk xalqları sırasına aid edir. O, sözlərinə davam edərək yazır ki, Xəzər xaqanı İosifin (Yusifin) məktubu da xəzərlərin türk xalqlarından biri olmasını təsdiq edir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 RKDartists (nid.).
- ↑ Артаманов М. И. История Хазар. Л, 1962, 523 с. стр. 114.
Xarici keçidlər
redaktə- Список печатных работ М. А. Артамонова[ölü keçid]
- Три поля деятельности М. И. Артамонова Arxivləşdirilib 2005-10-28 at the Wayback Machine.
- Столяр А. Д. Артамонов Михаил Илларионович Arxivləşdirilib 2016-09-23 at the Wayback Machine // "Мировая антропология, этнография и археология в лицах"
- Столяр А. Д. Память — богатство историка Arxivləşdirilib 2008-01-27 at the Wayback Machine // Санкт-Петербургский университет. — 2004. — 14 октября.
- Столяр А. Д. Международная научная конференция, посвященная 100-летию со дня рождения профессора М. И. Артамонова
- Энциклопедия Санкт-Петербурга
- Тверская область: Энциклопедический справочник[ölü keçid]
- Тихонов И. Л. Артамонов Михаил Илларионович // Сетевой биографический словарь историков Санкт-Петербургского университета XVIII–XX вв.