Mixail Kaverockin - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mixail Pavloviç Kaveroçkin (20 noyabr 1904, Qobustan, Şamaxı qəzası – 21 noyabr 1957, Bakı) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1957), SSRİ Dövlət mükafatı laureatı (1951). Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1925–57-ci illərdə Azərbaycan SSR neft sənayesində çalışmışdır. Kaveroçkin açıq dənizdə (Xəzərdə) dərin neft quyusu qazmağın pionerlərindən olmuş, 1949-cu ildə Neft Daşlarında ilk kəşfiyyat quyusunu qazımışdır. 1955–57-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.
Mixail Kaveroçkin | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Mərəzə, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | neft mühəndisi[d] |
Mükafatları |
|
Həyatı
redaktəSosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı Mixail Pavloviç Kaveroçkin 1904-cü ildə Şamaxı qəzasının Mərəzə qəsəbəsində (indiki Qobustan rayonu Qobustan şəhəri) fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 1920–1926-cı illərdə Bakı -Şüşə və Maşınqayırma zavodlarında fəhlə, 1926–1936-cı illərdə "Leninneft" (indiki "Balaxanıneft" NQÇİ) trestinin 1 nömrəli qazma idarəsində fəhlə, vışkaçı, tormozçu, qazmaçı, 1936–1942-ci illərdə "Əzizbəyovneft" trestinin Qazma İdarəsində qazma ustası, 1945–1957-ei illərdə "Artyomneft" və Dəniz Qazma trestlərinin "Gürgan-dəniz" və Neft Daşlan qazma idarələrində qazma ustası işləmişdir.[1]
Fəaliyyəti
redaktəMixail Pavloviç Kaveroçkin əmək fəaliyyətinə qazma briqadasında fəhlə kimi başlamış, tezliklə vışkaçı, qazmaçı köməkçisi, qazmaçı olmuşdur. Dəniz neft yataqlarının perspektivliliyini nəzərə alaraq DMK-nin yeni qərarına uyğun olaraq 1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradıldı. Bu trestin Buzovnada yenidən yaradılmış kontoruna daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan tərxis olunan M. P. Kaveroçkin olmuşdur.
Mərdəkan-dənizdə 3 №-li quyunun qazılması ona həvalə edildi. Mərdəkan neft sahəsində quyunun qazılmasını başa çatdırdıqdan sonra 1946-cı ildə Gürgən-dəniz sahəsinin kəşfiyyatına başlayan briqada burada 1946–1949-cu illər ərzində bir neçə neft quyusunun qazılmasını başa çatdırdı. Gürgən-dəniz sahəsində əldə olunmuş uğurlar dəniz kəşfiyyatçılarını sonrakı axtarışlara həvəsləndirdi. Onlar ardıcıl olaraq Çilov adasında, Qriqorenko Daşlarında, Qarabatdaq Daşı adasında, o cümlədən Darvin b., Andryevskidə, (şimali Artyom adası) axtarışlar apardılar. Kəşfiyyatın dəniz sahələrinin bir sırasında aparılmasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub-Şərqi Çilov adasının 22 km yerləşən, sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada – Neft Daşları cəlb edirdi.
Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi haqda məsələ qaldırıldı. 1948-ci ilin dekabrında yeni sahələrin hazırlanma kontorunun direktoru B. M. Poşinin rəhbərliyi ilə adaya inşaatçıların briqadası gəldi və qazma üçün bütün tikinti işlərini vaxtından əvvəl başa çatdırdılar. Artıq qazma işlərinə başlamaq olardı, lakin qazma kontorunun və dəniz qazma trestinin rəhbərliyi gözlənilmədən yeni çətinliklərlə üzləşdi. Çətin hidrometeoroloji şərait, adanın materikdən çox uzaqda yerləşməsi, buruğun və briqadanın lazımi avadanlıqlarla, materiallarla, su və ərzaq məhsulları ilə təchiz olunmasında meydana çıxacaq çətinliklər və əlbəttə ki, aşağı əmək haqqı qazmaçıları qorxudurdu. Dənizi sonsuz məhəbbətlə sevən, qazma texnologiyasına yaxşı bələd olan Kaveroçkin briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı. Şərait çətinləşdikcə, onun da işə marağı bir o qədər artırdı.
Elə bunun nəticəsi idi ki, M. Kaveroçkinin Neft Daşlarına birinci kəşfiyyat quyusuna usta təyin olunması haqda əmr verildi. 1949-cu ilin ilk günlərində tanınmış usta Kaveroçkinin briqadası adaya yaxınlaşdı və qayalar evdə məskunlaşdı. Ağır, gərgin əməklə dolu bir neçə ay keçdi. Quyunun qazılması başa çatmaq üzrə idi. Quyunun dibindən götürülmüş süxur nümunələri briqadanı, geoloqları və bütün dəniz kəşfiyyatçılarını sevindirdi. Balta dərinə getdikçə quyudan götürülən süxurlar bir o qədər neftlə zəngin olurdu. Yeni kəşfiyyat quyularının planı hazırlanır, bu zəngin sahənin işlənmə planı qurulurdu. Gərgin əmək, böyük iradə qüvvəsi hesabına başa gələn qələbə axır ki əldə olundu. 1 quyu güclü neft fontanı vurdu. Ilk quyunun qazılmasından 8 il sonra 1957-ci ilin yaddaşlara həkk olunan qışına qədər briqada çoxlu kəşfiyyat quyusu qazmışır. 1957-ci il noyabrın 22-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını – Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını əbədi sükuta qərq etdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bayram Bayramov. Neft Daşları-tufanlar qoynunda həyat
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |