Mixail Masson - Wikipedia
Mixail Yevgeniyeviç Masson (21 noyabr (3 dekabr) 1897, Sankt-Peterburq[2] – 2 oktyabr 1986, Daşkənd) — SSRİ arxeoloqu, pedaqoq, tarix elmləri doktoru, professor, Türkmənistan EA-nın akademiki.
Mixail Masson | |
---|---|
Mixail Yevgeniyeviç Masson | |
Doğum tarixi | 21 noyabr (3 dekabr) 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 1986 (88 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | arxeologiya[1], tarix, şərqşünaslıq[1] |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəMixail Masson 4 dekabr 1897-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, anası ilə bərabər Səmərqənd şəhərində yaşamışdı. Burada da kişi gimnaziyasını bitirmişdi.
Mixail Masson 2 oktyabr 1986-cı ildə Daşkənd şəhərində vəfat edib.
Ekspedisiyaları
redaktəM. E. Massonun və V. M. Massonun arxeoloji qazıntılarının əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Onların apardıqları tədqiqatlar nəticəsində Türkmənistan, Özbəkistan və Cənubi Qazaxıstan ərazilərində erken orta əsrlərə aid çoxlu pullar, silahlar və başqa maddi mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin əsrlərdə yaşamış əhalinin Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri araşdırılmışdır.
Qazaxıstan və Altayda erkən orta əsrlərə aid qədim abidələrin bir növü elmdə "balbal" adlanan daş kişi heykəlləridir. Eranın VIII–IX əsrlərinə aid bu heykəllər Altaydan Volqaboyuna qədər geniş bir ərazidə tapılmışdır. Tədqiqatçıların yekdil fıkri belədir ki, bu heykəllər türkdilli tayfalara aiddir və döyüşlərdə həlak olmuş igidlərin qəbirlərinin üzərinə qoyulmuş abidələrdir. Belə mülahizə irəli sürülmüşdür ki, bu abidələrin mövcud olduğu ərazi adı bizə məlum olmayan bir türk mənşəli tayfanın məskunlaşma arealı olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Массон Михаил Евгеньевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.