Molla Goyce - Wikipedia
Molla Goyce - Wikipedia - Haqqında Məlumat
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər.
Molla Göyçə, Mərəlik | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Şirak mərzi |
Əsası qoyulub | 1828 |
İndiki adı | Mərəlik |
Adının dəyişdirilmə tarixi | 03.01.1935 |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Poçt indeksi | 2901 |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMolla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə,[1] Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin[3] birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir.[4] Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Maralik qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.127
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.177
- ↑ Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.42
- ↑ Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.249