Mollalar Esref - Wikipedia
Bu məqalə azərbaycanlı şair və alim haqqındadır. Azərbaycanlı bəstəkar üçün Əşrəf Abbasov səhifəsinə baxın. |
Əşrəf Məmməd oğlu Abbasov və ya təxəllüsü ilə Mollalar Əşrəf (29 noyabr 1936, Karrar, Kürdəmir rayonu – 1 oktyabr 2005, Bakı) — Azərbaycan şairi, mühəndis-mexaniki, maşınqayırma sənayesi alimi.
Mollalar Əşrəf | |
---|---|
Əşrəf Məmməd oğlu Abbasov | |
Digər adı | Əşrəf Abbasov |
Doğum tarixi | 29 noyabr 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2005 (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | Texnika elmləri namizədi |
Təhsili | |
Tanınır | Şair |
Mükafatları |
Azərbaycan mətbuatında və Sibirdə şeirləri çap olunub. 2,000-dən çox şeirin müəllifidir.[1] Baş elmi işçi, texnika elmləri namizədi olub. 50-dən artıq elmi məqalənin, 4 patent[2] və 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.[3][4]
Mütəmadi olaraq Azərbaycan Radiosunun qonağı olub, bir sıra şeirləri ilə yanaşı "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.[1]
Şeirləri, müsahibələri "Vışka", "Gələcək Gün", "Ədəbiyyat", "Azərbaycan işıqları", "Azərbaycan müəllimi" qəzetlərində, "Vəfa", "Azərbaycan təbiəti" jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. "Neftçi" Ədəbi Məclisinin fəal üzvü olub.[3]
2001-ci ilin yekunlarına görə "Vışka" qəzeti onu Azərbaycanda "İlin şairi" hesab edib.[5]
"Əmək veteranı" medalı laureatıdır.
Həyatı
redaktəAbbasov Əşrəf Məmməd (Məhəmməd) oğlu 1936-cı il noyabr ayının 29-da Kürdəmir rayonunun Karrar kəndində anadan olub.[4]
1951-ci ildə Karrar kənd 7 illik məktəbini, 1954-cü ildə isə Kürdəmir şəhər orta məktəbini bitirib.[6] 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) Neft-mexanika fakütləsində ali təhsilini bitirib[4], "Neft və Qaz Mədənlərinin Maşın və Avadanlığı" sahəsində mühəndis-mexanik ixtisası alıb.
2 il Bünyad Sərdarov adına Maşınqayırma zavodunda işlədikdən sonra 1961-ci ilin avqust ayında Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutuna (AZİNMAŞ) gəlib[7] və 2005-ci ildə vəfat edənə qədər, 44 il burada işləyib.
İctimai işlərdə əvəzsiz xidmətlərinə, fədakar əməyinə və sosialist öhdəliklərini yerinə yetirdiyinə görə 1987-ci ildə AZİNMAŞ tərəfindən fəxri fərmanla təltif olunub.
80-ci illərin əvvəllərindən başlayaraq 94-cü ilə qədər ildə 2 dəfə 2-3 aylıq məzuniyyətlə Sibirdə, əsasən Surqut, Nijnevartovsk, Novıy Urenqoy, Yanburq və b. yerlərdə neft-mədən avadanlıqlarının təmiri, tənzimlənməsi işlərinə rəhbərlik edib.[8]
1 oktyabr 2005-ci ildə Bakıda vəfat edib.[9] Vəfatı ilə bağlı Vahid Hacıyev "Bir şair yaşardı..." şeirini yazıb.[10]
Atası Böyük Vətən müharibəsində iştirak edib və əlil olub.[6] Ailəli idi, 1 oğlu və 1 qızı var. Hər ikisi ali təhsilli mütəxəssisdir.[3] Qızı Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU), oğlu isə Moskva Dövlət Universitetini bitirib.[5]
Yaradıcılığı
redaktə1954-59-cu illərdə ali təhsil aldığı müddətdə ictimai işlərdə fəaliyyət göstərib, şeirlər yazıb. İlk poetik nümunələri divar qəzetində dərc olunub.[11]
"Mollalar" təxəllüsü ilə şeirlər yazıb. Təxəllüsü barədə özü belə deyib: "Kürdəmir rayonunun Karrar ilə Mollalar kəndlərini Qədirqulu arxı ayırır.[7] Günçıxan tərəf Mollalar, günbatan tərəf Karrar adlanırdı. Sonralar bu iki kəndi birləşdirib adını Karrar qoydular. İndi Mollalar adı yalnız babalarımın ruhunda və bir də mənim təxəllüsümdə yaşayır."[3][8]
Şeirlərində vətənə, el-obaya, valideynlərə məhəbbət hissləri, saf məhəbbətin, əxlaqi keyfiyyətlərin tərənnümü xüsusi yer tutur.[1]
Uzun illər Qərbi Sibirin neft-qaz yataqlarında elmi ezamiyyətdə olan alim birgə fəaliyyət göstərdiyi sibirli həmkarları ilə neftçi dostlarına, Sibirin sərt iqlimində fədakarlıq göstərən əmək adamlarının hünərinə şeirlər həsr edərək Rusiya mətbuatında dərc etdirib.[11] Sibirlilər onun "Gəncliyimi gəzirəm" şeirini rus dilinə tərcümə edərək Surqutda çıxan "Neft Priobya" qəzetində dərc etdiriblər.[8]
"Vışka" qəzeti nəzdində fəaliyyət göstərən "Neftçi" Ədəbi Məclisinin fəal üzvlərindən biri olub.[5]
Şeirin müxtəlif janrlarında yazılmış 2500-dən çox poetik nümunələrin müəllifidir. "Vışka" qəzeti ilə yanaşı, "Ədəbiyyat", "Azərbaycan müəllimi", "Gələcək gün", "Ocaq" qəzetləri başda olmaqla şairin 200-dən çox şeiri dərc edilib. Mütəmadi olaraq Azərbaycan Radiosunun birinci proqramının qonağı olub, "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.[11]
Şeirlərini "Zərifnamə" adlı kitab şəklində çap etdirmək ən böyük arzusu olub.[5][11]
Şuşaya və Şuşanın rəsmi simvolu olan xarıbülbülə həsr etdiyi "Xarı bülbül – xarı gül" şeiri vəfatından sonra, 2016-cı ildə Bakıda nəşr edilmiş Məhəbbət çiçəyi kitabına[12] daxil edilib.[13]
Seçilmiş şeirləri
redaktəÇap olunmuş şeirləri:
- "Aksana"[14]
- "Andım" (Nijnevartovsk şəhəri, 3 mart 1993-cü il)[15]
- "And yerimiz"[16]
- "Bala qalıbdır"[17]
- "Bu aləmdə eşqə yanan" (Səməd Vurğunun heykəli önündə düşüncələr)[18]
- "Cığırlar ilə"[4]
- "Damlabaca" (Qobustan rayonunda qədim kənd adıdır)[19]
- "Dəyişdin sözünü, oğlan"[4]
- "Ehtiyacım var"[20][4]
- "Ey Təbib"[4]
- "Gecələr əriyir, varaqlarımda"[21]
- "Gəlib əllərinlə bağla gözümü"[22]
- "Göydə gəzərdi" (Füzuli[1] babama)[23]
- "Həyatı əylərəm" (Surqut şəhəri, "Neftyanik" mehmanxanası, 30-31 iyul 1993-cü il)[21]
- "Xarı bülbül – Xarı gül"[24]
- Xarı bülbül Şuşada, mən tək otaqda dustağam![25]
- "Xatirələrdir"[21]
- "İncələr, qırılmaz düzlük dünyada"[26]
- "Karvanda Heydərdir gedən!"[27]
- "Mən Xəzəri dəli vaxtı görmüşəm"[28][25]
- "Məzarda yatana canı sağ ikən"[29]
- "Nələri itirdim"[30]
- "Nurlan qocalığım, gəz yavaş-yavaş" (ixtisarla)[31]
- "Olar"[4]
- "Qarlı qış gecəsi, soyuq bir axşam!"[25]
- "Qəbrim üstə gələrsən"[32]
- "Qəribsəyibdir" (Söz ustadı Ədalət Nəsibova)[24]
- "Sən, ey Yaradanım, kömək ol mənə![19]
- "Söykənib gedirəm əl ağacına"[33]
- "Şair-qəzəlxan eylədin"[19]
- "Rübabənin Rübabı"[34]
- "Təki"[35]
- "Ürəyim əsdi"[24]
- "Yenə sevərdim"[21]
- "Yüz il yaşa, nəğmə qoşum şəninə"[36]
- "Zərifnamə"də[21]
Elmi fəaliyyəti
redaktəAZİNMAŞ-dakı fəaliyyəti zamanı qazın sorulub nəql edilməsi üçün KVQ və EK tipli kompressorların layihələndirilməsində və istehsalında onların işə buraxılmasında və istismarında iştirak edib və nəhayət kompressorların konstruksiyasını təkmilləşdirib. Kompressor üsulu ilə işləyən quyulara hava və qaz vuran kompressorların sürtkü yağı sərf etmədən işləməsi üçün SSRİ-də birinci dəfə müvafiq kipləndirici materiallar seçib və onların demək olar ki, bütün neft-mədən kompressorlarında tətbiq olunmasına nail olub. 1975-ci ildə bu materialların tədqiqi üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi dərəcəsi alan alim 1969–1979-cu illər ərzində üzən və yarımdalma qazma qurğularının kiçik və yüksək təzyiqli kompressor stansiyalarının layihələndirilməsində, hazırlanmasında və tətbiq edilməsində bilavasitə iştirak edib. Maşınqayırma sənayesi alimi bu elmi-tədqiqat müəssisəsində baş elmi işçi vəzifəsində çalışıb.[11] 1988-ci ildə Ali Attestasiya Komissiyası ona böyük elmi işçi adı verib.[8]
Yeni tədqiqat işlərinin nəticələrini vaxtaşırı respublikanın elmi jurnallarında nəşr etdirən alim 50-dən çox elmi əsərin, 5 müəlliflik şəhadətnaməsinin[11], 4 patentin müəllifidir.[2]
1978–1986-cı illərdə pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Ümumi texniki fənlər fakültəsində "Maşın hissələri" fənnini tədris edib.[11]
Dissertasiyası
redaktə- Исследование работоспособности графитофторопластовых материалов АФГМ и Ф4-Г10 применительно к условиям работы компрессоров без смазки в нефтедобывающей промышленности Текст : Автореферат дис. на соискание ученой степени кандидата технических наук. (05.04.07) / Куйбышев. политехн. ин-т им. В. В. Куйбышева. - Куйбышев : [б. и.], 1974. - 21 с. : ил.
Patentləri
redaktə- Экспериментальный поршневой компрессор
- Станок-качалка
- Устройство для разогрева нефтепродуктов
- Групповой привод штанговых скважинных насосов
Seçilmiş elmi məqalələri
redaktə- Аббасов А.М., Мустафаев А.Д. Нефтепромысловые компрессоры без смазки с приминением пластмассовых уплотняющих элементов. Тезисы докладов республиканской научно-технической конференции молодых специалистов машиностроителей. "Техника бурения и эксплуатации нефтяных и базовых скважин, Баку 1970.
- Аббасов А.М., Мустафаев А.Д. Результаты работ в области пластмассовых уплотняющих элементов в нефтепромысловых компрессорах. Тезисы докладов школы -семинара. Современная конструкция поршневых компрессовых без смазки цилиндров и сальников и опыт их внедрения в промышленность». Цинтихимнефтемаш , М., 1971
- Аббасов А.М. Пластмассовые уплотнители в нефтепромысловых компрессорах. Азерб.нефтяное хозяйство, 1971, № 2.
- Аббасов А.М. Определение утечек через поршневые кольца, изготовленные из различных материалов, в нефтепромысловых компрессорах. За технический прогресс, 1971, № 4.
- Аббасов А.М. Исследование уплотнения в компрессорах без смазки. "Азерб.нефтяное хозяйство", 1971, № 8.
- Аббасов А.М., Агаев Б.А. Применение пластмассовых уплотняющих элементоа в нефтепромысловых компрессорах высокого давления. Машины и нефтяное оборудование, 1972, № 5.
- Мустафаев А.Д., Аббасов А.М., Зейналова М.К. Исследование возможности изготовления поршневых колец нефтепромысловых компрессоров из фторопласта. «Изв. вузов» - «Нефть и газ», 1972, №10
- Аббасов А.М. Технология изготовления пластмассовых поршневых колец для нефтепромысловых компрессоров. «За технический прогресс», 1974, №11
- Мустафаев А.Д., Керимов Д.А., Аббасов А.М. Исследование из носостойкости поршневых колец нефтепромысловых компрессоров из полимерных материалов. «Изв. вузов» - «Нефть и газ», 1974, №10
- Мустафаев А.Д., Керимов Д.А., Аббасов А.М. Исследование коэфицента трения поршневых и сальниковых колец из полимерных материалов в нефтепромысловых компрессорах. «Азерб. нефтяное хозяство», 1974, №12
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Gərəkli peşə sahibləri, səh. 4
- ↑ 1 2 "АББАСОВ АШРАФ МАМЕД ОГЛЫ". 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-16.
- ↑ 1 2 3 4 "Neftçi" ədəbi məclisi. Almanax. səh. 48
- ↑ 1 2 3 4 5 6 7 8 "Gələcək Gün". Müstəqil, ictimai-siyasi qəzet, № 7 (84), 2000-06-02. səh. 7
- ↑ 1 2 3 4 Gərəkli peşə sahibləri, səh. 7
- ↑ 1 2 Gərəkli peşə sahibləri, səh. 3
- ↑ 1 2 "Çörəkli Kürdəmir, şerli Şirvan", səh. 71
- ↑ 1 2 3 4 Səadət Ələsgərova, 2000
- ↑ "Vışka" qəzeti. № 39 (19579), 2005-10-7. səh. 16, "Ə.M.Abbasov"
- ↑ Vahid Hacıyev. Bir şair-alim də köçdü dünyadan. "Vışka" qəzeti. № 44 (19584), 2005-11-11. səh. 16, "Neftçi" ədəbi məclisi
- ↑ 1 2 3 4 5 6 7 Coşqun İbrahimli, 2001
- ↑ Məhəbbət çiçəyi / toplayanı, nəşrə haz., ön söz. müəl. V. Quliyev; red. V. Fətəliyeva. ‒ Bakı: Şuşa, 2016. ‒ 143 səh.
- ↑ Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: biblioqrafiya / Tərt. ed. X.Abbasova; elmi red. K.M.Tahirov; red. E.R.Nəciyev. ‒ Bakı, 2021. ‒ səh. 151 Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ "Çörəkli Kürdəmir, şerli Şirvan", səh. 71-72
- ↑ "Azərbaycan işıqları" qəzeti. № 9 (157) 1995-03-31. səh. 4.
- ↑ "Ədəbiyyat qəzeti". № 3 (2957). 1995-01-27. səh. 1
- ↑ "Azərbaycan təbiəti" jurnalı, № 9–12 (91) 1991. səh. 38
- ↑ "Neftçi" ədəbi məclisi. Almanax. səh. 49
- ↑ 1 2 3 "Vışka" qəzeti. 2003-11-28. səh. 10, Neftçi Ədəbi Məclisi rubrikası. Azaddır şairin səyyar xəyalı...
- ↑ "Neftçi" ədəbi məclisi. Almanax. səh. 53
- ↑ 1 2 3 4 5 "Gələcək Gün". İctimai-siyasi qəzet, № 07-08 (98), 2001-05-26. səh. 12
- ↑ "Vışka" qəzeti. 2004-03-12. səh. 10, Neftçi ədəbi məclisi
- ↑ "Çörəkli Kürdəmir, şerli Şirvan", səh. 73-74
- ↑ 1 2 3 "Gələcək Gün". Müstəqil ictimai-siyasi qəzet, № 01 (90), 2001-01-31. son səhifə
- ↑ 1 2 3 "Vışka" qəzeti. 2004-04-30. səh. 10, Ədəbiyyat və həyat
- ↑ "Vışka" qəzeti. 2002-11-29. səh. 11, "Neftçi" ədəbi məclisi
- ↑ "Vışka" qəzeti. 2003-12-19. səh. 14, "Vışka"nın obyektivində
- ↑ "Neftçi" ədəbi məclisi. Almanax. səh. 51
- ↑ "Neftçi" ədəbi məclisi. Almanax. səh. 55
- ↑ "Şəhriyar", ədəbi, bədii və ictimai həftəlik qəzet, № 3, 1997-01-23, səh. 2
- ↑ "Vışka" qəzeti. 2003-04-04. səh. 10, Neftçi Ədəbi Məclisi (NƏM)
- ↑ "Neftçi" ədəbi məclisi. Almanax. səh. 55-56
- ↑ "Vışka" qəzeti, № 32 (19572). 2003-08-19. səh. 15. Neftçi Ədəbi Məclisi (NƏM). Hər şair qəlbinin öz çırağı var.
- ↑ "Azərbaycan işıqları" qəzeti. № 51 (147) 1994-12-16. səh. 4. Redaktor: F.M.Abdullayev
- ↑ "Azərbaycan işıqları" qəzeti. № 4 (152) 1995-01-27. səh. 4.
- ↑ Eynulla Ümüd, İdris Hacızadə. "İşıqlı ömür", "Adiloğlu" nəşriyyatı, Bakı - 2001. səh. 109-110
Ədəbiyyat
redaktə- "Çörəkli Kürdəmir, şerli Şirvan". Almanax. Bakı, "Cik-Cik" uşaq qəzetinə əlavə, 1995. 112 səh. Toplayanı: Xəlil İbrahimli
- Coşqun İbrahimli. Yaşa, Yarat! "Vışka" qəzeti. 2001-12-07. səh. 7
- "Neftçi" ədəbi məclisi. Almanax. Bakı, "Şirvannəşr", 2005. 120 səh. (8 səh. foto-dəftər). Kitabın tərtibçisi və redaktoru: Zaməddin Ziyadoğlu
- Səadət Ələsgərova. Təxəllüsümdə babalarımın ruhunu yaşadıram. "Vışka" qəzeti. 2000-04-21. səh. 10.
- Coşqun İbrahimli. Gərəkli peşə sahibləri. Bakı, "Şirvannəşr", 2003.