Monorels Yolu - Wikipedia
Monorels yolu[1] və ya təkrelsli dəmiryolu[2] — nəqliyyat qurğusu.
Monorels yolu | |
---|---|
| |
İstismarı | 1825–indiyədək |
Sürəti | 120 km/saat |
Tarixi və texnikası
redaktəSərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Монорелс јолу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 51–52.
- ↑ "Türkmənistan Asiya Oyunları keçirir, amma talismanı..." Azadlıq Radiosu (az.). 24 mart 2017. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.
Əlavə ədəbiyyat
redaktə- Адасинский С. А. Городской транспорт будущего. — М.: Наука, 1979. — 164 с. — (Наука и технический прогресс). — 39 000 экз. — ISBN РГБ: B79-31/498, 50-13056100; B79-31/499, 50-13056101.
- Пассажирские монорельсовые дороги / В. В. Чиркин, О. С. Петренко, А. С. Михайлов и Ю. М. Галонен; Под ред. А. П. Михеева. — М.: Машиностроение, 1969. — 240 с. — 2000 экз. — ISBN РГБ: Б69-28/34, 50-12411103; Б69-28/35, 50-12411104; Арх, 50-12411105; Рег.ном. 69-27522.
- Олег Измеров. Неизвестный отечественный монорельс.
- Janetzky, E.F.J. De monorail (нид.) / [door] Ernest Franz Julius Janetzky. — Alkmaar: De Alk, [1977]. — 79 с. — (Grote alken; Volume 639). — ISBN 906013639x, 9789060136393, UBM: PK 28-5416/ Bib UvA/HvA.
Xarici keçidlər
redaktə- Schwebebahn Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine — Almaniyada monorels yolu.
- Monorail — Avstraliyanın Sidney şəhərində monorels yolu.
- Innovative Transportation Technologies — Vaşinqton Universitetində Nəqliyyat mühəndisliyi və Şəhərsalma proqramları üçün veb sayt.
- The Disneyland Monorail — monorels yollarının işləmə prinsipi haqqında məqalə.
- The Monorail Society — monorels yollarını təbliğ edən könüllü təşkilatın ana səhifəsi.
- Maglev Monorail — Beynəlxalq Maqlev Şurasının rəsmi saytı