Moris Druon - Wikipedia
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[2][3][…], XIII arondisman[1] – 14 aprel 2009[3][4][…], VII arondisman[1]) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974).
MORIS DRÜON | |
---|---|
fr. Maurice Druon[1] | |
Doğum adı | Samuel Roger Charles Wild, puis Druon[5][1] |
Doğum tarixi | 23 aprel 1918[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 2009[3][4][…] (90 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, ssenarist, uşaq ədəbiyyatı yazıçısı |
Fəaliyyət illəri | 1942-ci ildən |
Əsərlərinin dili | fransız dili |
Janr | roman |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMoris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir.
1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır.
İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir.
1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır.
1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir.
1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Ədəbi fəaliyyəti
redaktə1943-cü ildə Drüon, əmisi Jozef Kessel ilə birlikdə, Fransa Müqavimət Hərəkatının qeyri-rəsmi himni olan "Partizanların nəğməsini" yazmışdır.
Əsərləri
redaktə- "Odlu bulud", 1938 (novellalar)
- "Meqarey", 1942 (milli-qəhrəmanlıq dramı)
- "12 noyabr qatarı...", 1943 (salnamə şəhadətnaməsi)
- "Partizanların nəğməsi", 30 may 1943, J. Kessellə birgə
- "Avropalının məktubu", 1944 (publisistika)
- "Sonuncu briqada", 1946 (müharibə haqqında povest)
- "Düzənlik hökmdarları", 1962 ("cəngavərlik" hekayələri silsiləsi)
- "Bu dünyanın güclüləri", 1948 — 1951 (trilogiya).
- "Qeydlər", 1952
- "Həyatın şəhvəti", 1954 (naturalist roman)
- "Lənətə gəlmiş krallar" T.1—6, 1955—1960, T.7, 1977, (tarixi romanlar seriyası)
- "Dəmir kral"
- "Şato-Qayar dustağı"
- "Zəhər və tac"
- "Şərin qanunu" ("Zanbaqlara əyirmək yaramaz")
- "Fransız dişi canavarı"
- "Zanbaq və şir"
- "Kral Fransanı məhvə sürükləyəndə"
- "Qüdrətli İsgəndər və ya Tanrı haqqında kitab", 1958
- "Zevsin memuarları", T. 1 1963 və T. 2 1967 (mifoloji dilogiya)
- "Hakimiyyət", 1965
- "Birilərinin xoşbəxtliyi...", 1967 (hekayələr silsiləsi)
- "Gələcək çaşğınlıq içindədir" (fransızca "L'Avenir en désarroi"), 1968 (1968-ci ildə Fransada baş vermiş ümumxalq tətil haqqında pamflet
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Fichier des personnes décédées mirror.
- ↑ 1 2 Дрюон Морис // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Maurice Druon // Sycomore (fr.). / Assemblée nationale
- ↑ http://archives.paris.fr/arkotheque/visionneuse/visionneuse.php?arko=YTo2OntzOjQ6ImRhdGUiO3M6MTA6IjIwMjItMDItMDMiO3M6MTA6InR5cGVfZm9uZHMiO3M6MTE6ImFya29fc2VyaWVsIjtzOjQ6InJlZjEiO2k6NDtzOjQ6InJlZjIiO2k6MzAzNzEyO3M6MTY6InZpc2lvbm5ldXNlX2h0bWwiO2I6MTtzOjIxOiJ2aXNpb25uZXVzZV9odG1sX21vZGUiO3M6NDoicHJvZCI7fQ==#uielem_move=243.1999969482422%2C76&uielem_islocked=0&uielem_zoom=62&uielem_brightness=0&uielem_contrast=0&uielem_isinverted=0&uielem_rotate=F.
Xarici keçidlər
redaktə- Tərcümeyi-halı Arxivləşdirilib 2009-06-30 at the Wayback Machine (fransız dilində)