Mugan Haciqabul - Wikipedia
Muğan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Muğan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Muğan | |
---|---|
40°05′48″ şm. e. 48°49′21″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5.879 nəfər (2019) |
Tarixi
redaktəAzərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu, Cəlilabad rayonuvə digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.
Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[mənbə göstərin]
Coğrafiya
redaktəMuğan Yuxarı Şirvan kanalının sahilində yerləşir.
Kənd Hacıqabul rayon mərkəzindən 13 km və Bakıdan 126 km məsafədə yerləşir. Kənddən Bakı-Ələt-Tbilisi beynəlxalq yolu keçir. Kənddə dəmir yolu stansiyası var.
Kənd dəniz səviyyəsindən 15 metr yüksəklikdə yerləşir.
Əhalisi
redaktə2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 5659 nəfər əhali yaşayır.[mənbə göstərin]
1979-cu il | 1989-ci il | 1999-cu il | 2009-cu il | 2019-cu il |
---|---|---|---|---|
▲ 2717 | ▲ 2941 | ▲ 4210 | ▲ 4755 | ▲ 5659 |
İnfrastruktur
redaktəSovet dövründə kənddə məktəb, kitabxana, klub və peşə məktəbi yerləşirdi.
Kənddə poçt şöbəsi, orta məktəb, mədəniyyət mərkəzi, kitabxana, tibb məntəqəsi və məscid var.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |