Muganli Qemerli - Wikipedia
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd.
kənd | |
Muğanlı | |
---|---|
Ovtaşen | |
40°01′28″ şm. e. 44°27′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi | 4,08 km² |
Mərkəzin hündürlüyü | 827 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 1.250 nəfər (2011) |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMuğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir[1]. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir[2]. Rayon mərkəzindən 15 km məsafədə yerləşir.
Toponim türk mənşəli muğanlı etnonimi[3] əsasında əmələ gəlmişdir.
Etnotoponimdir. Sadə quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Əhalisi
redaktə1828-ci ildən sonra kəndə İrandan köçürülən 52 erməni yerləşdirilmişdir[4]. Onlar 1831-ci ildən sonra kənddən köçüb getmişlər. Kənddə 1831-ci ildə 243 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 392 nəfər, 1908-ci ildə 513 nəfər, 1914-cü ildə 811 nəfər, 1919-cu ildə 350 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1919-cu illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuş[6] və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar öz doğma kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 64 nəfər, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır[5]. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Əhali qırğınları
redaktə- Muğanlı – 1918-ci il. 900 nəfər yaşamışdır. Daşnakların genosid siyasətinə qurban getmiş yüzlərlə kənddən biri. Əhaliyə divan tutularaq məhv etmişlər. 1922-ci ildə kəndə 28 nəfər qayıtmş və dogma yürdun ermənilərin əlində oldugunun şahidi olmuşlar.[7]
Ədəbiyyat
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
redaktə- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.128
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535-537
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547-550
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.222
- ↑ Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər...", Bakı, 2014.