Multikulturalizm - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.
Multukulturalizmin sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir edir:[1]
- Eyni ərazidə uzun dövrlər birgə yaşayış;
- Ölkənin coğrafi mövqeyi (məsələn, ticarət yolları üzərində yerləşməsi);
- Rifah halıyla bağlı kütləvi miqrasiya;
- Tarixi köçürülmə siyasəti;
- Müharibə səbəbindən məcburi köç.
O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizmin "sivilizasiyalararası dialoq", "tolerantlıq" mövzusu ilə oxşar və fərqli cəhətləri
redaktəBir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilmə səbəbləri
redaktəAvropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.
Cəmiyyətdə multikulturalizm əhəmiyyəti
redaktəMüasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Güclü və zəif multikulturalizm
redaktəEtnik-milli müxtəliflik və Multikulturalizm
redaktəMultikulturalizmin əhəmiyyəti
redaktəMüstəqillik əldə etmiş, öz xarici və daxili siyasətini öz milli mənafelərinə, ümumxalq mənafeyinə uyğun olaraq qurmaq imkanı qazanmış xalq, birinci növbədə öz dilinin, milli mədəniyyətinin, adət-ənənələrinin inkişaf etməsinə- özünə qayıtmasına çalışır. İlk növbədə dövlətçiliyi möhkəmləndirmədən, xarici dövlətlərlə münasibətləri ümumbəşəri dəyərlər və beynəlxalq qaydalar əsasında nizamlayaraq dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmadan, yeni iqtisadi əlaqələrə keçmək yolunu müəyyən etmədən, hər şeydən öncə milli mədəniyyəti, dili və s. inkişaf etdirmək mövqeyi güclü tərəqqi üçün təməl ola bilməz. Özünü spesifik, fərqləndirici əlamətlərlə təsdiq etmək, özünü başqa millətlərə qarşı qoymaq və onlardan üstün olduğunu isbata yetirmək addımları ziyanlı nəticələrə gətirib çıxara bilər. Həm də başqa xalqların buna münasibəti, beynəlxalq siyasət mülahizələri baxımından deyil, yüksək dərəcədə daxili siyasətin ahəngdarlığı, insani dəyərlərin düzgün səviyyədə qiymətləndirilməsi və istifadə olunması baxımından millətçilik meyllərinin ön plana keçməsi yolverilməz bir haldır. Fərqli xüsusiyyətləri, milli cəhətləri də möhkəm bünövrə üzərində, ümumbəşəri dayaqlara bağlanaraq inkişaf etdirmək olar.[2]