Muradxan Cabbarov - Wikipedia
Muradxan Mahmud oğlu Cabbarov (5 may 1926, Kərəviz, Laçın rayonu – 13 aprel 2006, Bakı) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (1994–2005), Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon və Laçın Rayon komitələrinin birinci katibi, Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Muradxan Cabbarov | |
---|---|
6 aprel 1994 – 15 mart 2005 | |
12 yanvar 1980 – 26 dekabr 1987 | |
Əvvəlki | Nazir Kərimov |
Sonrakı | Tofiq Mehdiyev |
1962 – 1980 | |
Əvvəlki | Üzeyir Məmmədov |
Sonrakı | Əhəd Kərimov |
1960 – 1962 | |
Əvvəlki | Bəşir Xıdırov |
Sonrakı | Xıdır Bəylərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 2006 (79 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəMuradxan Mahmud oğlu Cabbarov 5 may 1926-cı ildə Laçın rayonunun Kərəviz kəndində anadan olub. 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir.[1]
1944–1950-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.
Muradxan Mahmud oğlu Cabbarov 13 aprel 2006-cı ildə Bakı şəhərində vəfat edib.
Siyasi fəaliyyəti
redaktə1950-ci ildən Azərbaycan LKGİ Laçın rayon komitəsinin şöbə müdiri, ikinci katibi, birinci katibi, 1959-cu ildən isə Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1962-ci ildən 1980-ci ilədək Laçın Rayon və 1980-ci ildən Zəngilan Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Laçın Şəhər XDS İK-nın sədri olmuşdur.[2]
6 aprel 1994-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş[3], 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Mükafatları
redaktə- SSRİ-nin "Şərəf nişanı" ordeni.
- "Xalqlar dostluğu ordeni.
- "Oktyabr inqilabı" ordeni.
- "Qırmızı əmək bayrağı" ordeni 3 dəfə.
- "Azərbaycan Bayrağı" ordeni
İstinadlar
redaktə- ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 427. ISBN 978-9952-8032-5-9.
- ↑ Ҹаббаров Мурадхан Маһмуд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 522. ISBN 5-89600-253-x.
- ↑ "M. M. Cabbarovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Z. C. Cabbarovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 aprel 1994-cü il tarixli, 131 saylı Fərmanı" (az.). e-qanun.az. 1994. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.