Muxtar Memmedov - Wikipedia
Muxtar İsgəndər oğlu Məmmədov (14 may 1901, Qaradağlı, Şuşa qəzası – 31 mart 1980, Ağdam) — Sosialist Əməyi Qəhrəmanı. Məmməd Məmmədovun qardaşıdır.
Muxtar Məmmədov | |
---|---|
Muxtar İsgəndər oğlu Məmmədov | |
Doğum tarixi | 14 may 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 1980 (78 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aqronom |
Mükafatları |
|
Muxtar İsgəndər oğlu Məmmədov 14 may 1901 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir.
Muxtar Məmmədov 1932–1940 illərdə Ağdamın Telman adına kolxozda, Qərvənd və Boyəhmədli kənd istehlak cəmiyyətində işləmiş, 1941–1960 illərdə kolxoz sədri olmuş, 1960–1980 illərdə Telman adına kolxozun aqranomu vəzifəsində çalışmışdır.
Muxtar Məmmədov Azərbaycan Kommunist Partiyasının XVIII–XXII qurultaylarının nümayəndəsi olmuşdur.
Muxtar Məmmədova 1951 ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.[1]
Azərbaycanın tanınmış alimlərindən filologiya elmləri namizədi, dosent Vəli Məmmədov, iqtisad elmləri namizədi, dosent Nəvai Məmmədov Muxtar Məmmədovun övladlarıdırlar.
Muxtar Məmmədov 31 mart 1980 ildə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı, 1982