Noqte Noqte Vergul - Wikipedia
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.[1].
Nöqtə, nöqtə, vergül... | |
---|---|
rus. Точка, точка, запятая… | |
| |
Janr | komediya filmi, musiqili film |
Baş rollarda | |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 1972 |
Müddət | 84 dəq. |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli |
IMDb | ID0164204 |
Məzmun
redaktə8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur.
Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir. Onun sinif komandası reley yarışında çıxış edir və Lyoşa son anda gələ bilməyən yoldaşını əvəz etməlidir. Nəticədə onun sayəsində komandası xal qazanır.
Rollarda
redaktə- Seryoja Dançenko — Lyoşa Jiltsov
- Mişa Kozlovski — Volka
- Olya Rıjnikova — Jenya Karetkinova
- Yuri Nikulin — Lyoşanın atası
- Zaza Kikvidze — Vaxtanq Turmanidze
- Marina Şerbova — Qalya Vişnyakova
- Lyuda Suxova — Zina Kryuçkova
- Andrey Vasilev — Vadim Kostrov
- Yevgeni Perov — İvan Fyodoroviç, fizika müəllimi
- Yevgeni Gerasimov — Saşa, pioner dəstə rəhbəri
- Vladimir Zamanski — Jenyanın atası
- Janna Proxorenko — ibtidai sinif müəllimi
- Tatyana Nikulina — Lyoşanın anası
- Natalya Seleznyova — sahə həkimi
- Kim Straçuk — Konstantin İvanoviç, bədən tərbiyəsi (idman) müəllimi
İstinadlar
redaktə- ↑ "Точка, точка, запятая". Портал культурного наследия России «КУЛЬТУРА.РФ». 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.