Necmeddin Haciyev - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Nəcməddin Hacıyev (Dilbazi) (17 noyabr 1926, Musaköy, Qazax qəzası – 24 sentyabr 1980) — professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası. SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri.[1]
Nəcməddin Hacıyev | |
---|---|
1963 – 24 sentyabr 1980 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 1980 (53 yaşında) |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Dəfn yeri |
Haqqında
redaktəNəcməddin Hacıyev 1926-cı ildə Qazax rayonun Xanlıqlar kəndində dünyaya göz açmışdı. Tibbi karyerasına ştatdankənar ordinator işləməklə başlayıb. 1948-ci il yanvarın 6-dan isə II fakültətiv cərrahiyyə kafedrasına baş laborant təyin edilir. 1948-ci ildə partiyaya üzv olmuşdur. 1954-cü il dekabrın 12-dək kafedrada bu vəzifədə çalışır və hazırlaşıb Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olur. 1957-ci il dekabrın 22-dək onun aspirantura, gənclik həvəsi ilə elmi axtarış illəridir. Aspiranturanı başa vurub, Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun metodik şöbə təşkilatçısının müavini vəzifəsinə təyinat alır. 1958-ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda sovet kosmik təbabətinin və kosmik biologiyasının atası Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Alpinist idmançılarda periferik qanın laxtalanması və morfologiyasının gemodinamik göstəricilərinin, S-vitamin balansının dəyişilməsi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır. 22 sentyabr 1958-ci il tarixdə onu Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun baş elmi işçisi təyin edirlər. 1961-ci il sentyabrın 22-də yeni təyinat alır: SSRİ TEA Azərbaycan Eksperimental Kliniki Təbabət institutunun baş elmi işçisi vəzifəsinə təyin edilir. 1963-cü il noyabrın 12-dən bu tibb mərkəzində şöbə müdiri vəzifəsini tutur. 1964-cü il oktyabrın 12-dən N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu II fa- kültətiv cərrahiyyə kafedrasının assistenti, 1966-cı il fevralın 4-dən isə həmin kafedranın dosenti olur. Bu illərdə "Oksigen çatışmazlığının müxtəlif vəziyyətlərində dərialtı oksigen insuflyasiyasının effektivliyi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi, lakin sonra mövzuya dəyişiklik edildi və o. 1967.ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda yenə də Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Yüksək dağlıq şəraitdə alpinistlərin kliniki-fizioloji tədqiqi və dağ xəstəliyinin profilaktikası məsələləri (kliniki-eksperi- mental tədqiqat)" mövzusunda dissertasiya müda- fiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alır. Bu iş elə həmin il də Ali Attestasiya Komissiyasından keçir. Ümumiyyətlə, Nəcməddin Hacıyev O. G. Qazenkonun şagirdlərindən biri idi. Alim uzun illər Hacıyevin Bakıya qayıdışına qarşı çıxır, onun SSRİ EA Tibbi-Bioloji Problemlər institutunda qalıb elmi tədqiqatlarla məşğul olmasında israr edirdi. Nəcməddin Hacıyev 1968-ci il aprelin 29-dan 1980-ci ildə həyatdan gedənə qədər Tibb İnstitutunda II fakültətiv cərrahiyyə kafedrasının professoru idi. Sözügedən kafedranın əsasını qoyan və onun müdiri isə professor, əməkdar elm xadimı Fuad Əfəndiyev idi (4 saylı xəstəxana onun adını daşıyır). Nəcməddin Hacıyev gematologiya, idman təbabəti və cərrahiyyənın müxtəlif məsələlərinə dair, o cümlədən kosmik çəkisizlik şəraitində və ekstremal yüksək dağlıq şəraitdə oksigenin aşağı parsial təzyiqi halında qan patologiyasının problemlərinə dair 80-ə yaxın elmi əsərin və kitabların müəllifi idi. Təyyarəçi-kosmonavtların və idmançı-alpinistlərin çəkisizlik və yüksək dağlıq şəraitlərdə dözüm problemlərinə həsr edilmiş əsərləri ilə sovet kosmik təbabət elminə öz töhfələrini vermiş ilk azərbaycanlı idi. Professor Nəcməddin Hacıyev çağdaş praktik təbabət elminə barokameraları və barokameralarda müalicəni tətbiq etmiş ilk sovet alimlərindən biri idi.
Professor Nəcməddin Hacıyev praktik tibbi fəaliyyəti ilə yanaşı tədrislə də məşğul idi. Tibb İnstitutunda tələbələrə rus və Azərbaycan dillərində eyni müvəffəqiyyətlə praktik mühazirələr oxuyurdu. Öz sahəsində bir tibb elmləri namizədi hazırlamışdı. Moskva, Tallin, Kiyev, Sverdlovsk, Vyana, Roma, Sofiya, Pekin şəhərlərində beynəlxalq konqreslərdə və simpoziumlarda Azərbaycanın cərrah-həkimlərini təmsil etmişdi. Rus dilini kamillik dərəcəsində bilməklə yanaşı, ingilis dilində tibbi materiallarla lüğətin köməyi ilə tanış ola bilirdi. Elmi məqalələri "Xirurqiya", "Azərbaycan Tibb Jurnalı", Romada beynəlxalq tibb məcmuəsində dərc edilmişdi. Fəal ictimaiyyətçi idi: 26 Bakı Komissarları (indiki Səbail) və Nərimanov rayon sovetlərinin deputatı seçilmişdi. Tələbəlik illərində institut komsomol təşkilatının katibi, 1965–66-cı illərdə ATİ həmkarlar təşkilatının sədri, 1966–71-ci illərdə institut partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor olmuşdu. İki peşəkarlar federasiyasının təşkilatçısı və sədri idi — 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinə və Azərbaycan Alpinizm Federasiyasına başçılıq etmişdi.
Professor Nəcməddin Hacıyev Bərdə-Yevlax yolunda avtomobil qəzasında ölmüşdür. Bakıda Dağüstü qəbiristanlıqda yaxın qohumlarından Mirvarid Dilbazi və Yaqut Dilbazi bacıları ilə yanaşı dəfn edilmişdir.
Nəcməddin Hacıyev Adilə Abbas qızı (1936) ilə evlənmişdir. Adilə xanım da ixtisasca həkimdir. Övladları: Mirvari, Ələddin, Aygün.
Mükafatları
redaktəSSRİ idman ustası və SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi olmuşdu. Alpinizm onun sevimli məşğuliyyəti idi. 50–60-cı illərdə alpinistqruplarının tərkibində Pamir, Alp dağları, Tyan-Şan, Böyük və Kiçik Qafqaz zirvələrinə qalxmışdı. Nalçik Dövlət Universitetinin tibb fakültəsinin təşkilində və qurulmasında göstərdiyi xidmətlərinə görə, Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdü.
Mənbə
redaktə- ↑ "Dilbazi". www.dilbazi.org. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.