Neriman Isayev - Wikipedia
Nəriman Ağaxan oğlu İsayev (27 iyul 1930, Bakı – 10 iyun 1988) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1976–1981).
Nəriman İsayev | |
---|---|
16 iyun 1976 – 3 fevral 1981 | |
Əvvəlki | Fərid Musabəyov |
Sonrakı | Ramiz Sadıqov |
1981 – 1986 | |
12 dekabr 1969 – 16 iyun 1976 | |
Əvvəlki | Qurban Sultanov |
Sonrakı | Telman Kazımov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Dəfn yeri | |
Partiya | Sov.İKP (1955) |
|
|
Təltifləri |
|
isayevler.biz |
Həyatı
redaktəNəriman Ağaxan oğlu İsayev 27 iyul 1930-cu ildə Bakıda qulluqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra bir sıra mühəndis vəzifələrində işləmişdir.[1] 1953–1960-cı illərdə Dövlət Dəniz Qurğularını Layihələşdirmə İnstitutunun kiçik elmi işçisi, Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Tresti şöbəsinin böyük mühəndis-elektriki, dəmir-beton məmulatları zavodunun direktoru olmuşdur. 1961–1969-cu illərdə "Azərkommunalenerji", "Azərelektroquraşdırma", "Azərsənayeelektroquraşdırma" trestlərinin müdiri, Baş Qaz Təsərrüfatı İdarəsinin birinci müavini işləmişdir.[2]
1969-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1976-cı ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1981-ci ildən 1986-cı ilədək isə Azərbaycan SSR avtomobil yolları tikintisi və istismarı nazirinin müavini, SSRİ Neft və Qaz Sənayesi Müəssisələri Tikintisi Nazirliyi "Azərborukəmərtikinti" trestinin müdiri işləmişdir. 1986-cı ildə o, Bakı şəhər elektrik şəbəkəsinin direktoru təyin edilmiş və ömrünün son günlərinədək burada çalışmışdır.[1][3]
Nəriman İsayev 1955-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. O, 10 iyun 1988-ci ildə vəfat etmişdir.[1]
Təltif və mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Н. А. Исајев // Коммунист. № 137 (20605). 11 ијун 1988-ҹи ил. С. 3.
- ↑ Исајев Нәриман Ағахан оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 190.
- ↑ Bəhram İbrahimov; Zərbalı Mirzə. İsayev Nəriman Ağaxan oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 177.
Xarici keçidlər
redaktə- "Nəriman İsayevin xatirə saytı". 2 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2021.