Neriman Yusifov - Wikipedia
Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri.
Nəriman Yusifov | |
---|---|
29 yanvar 1980 – 15 yanvar 1985 | |
Əvvəlki | Eyvaz Məmmədov |
Sonrakı | Əlisaab Orucov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 21 noyabr 2018 |
Vəfat yeri |
Həyatı və fəaliyyəti
redaktəNəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub[1].
Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib.
Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib[2].
21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib[3][4][5][6].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Sabiq nazir vəfat etdi". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- ↑ Nəriman Yusifov: "Müstəqillik böyük nemətdir"
- ↑ "Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- ↑ "Sabiq nazir Nəriman Yusifov vəfat etdi". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- ↑ "Sabiq ədliyyə naziri vəfat etdi". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- ↑ "Azərbaycanın sabiq naziri vəfat etdi". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.