Nezeri Cerrahiyye - Wikipedia
Nəzəri cərrahiyyə qeyri-operativ qərarların təhlilinin və cərrahi müalicələri dəstəkləyən klinik tədqiqatlar sisteminin inteqrasiyasına əsaslanan bir yanaşmadır. Bu üsul akademik cərrahların əsas elm fənləri ilə qarşılıqlı əlaqəsini koordinasiya etmək üçün nəzərdə tutulmuşdur. Bu ideya ilk olaraq 1960-cı illərdə Marburq Universitetində irəli sürülmüşdür.[1]
Təklif olunan fərziyələrə uyğun olaraq nəzəri cərrahiyyənin əsas struktur elementləri müəyyən edilmişdir:
- biotibbi və klinik elmlərin irəliləyişləri arasında tarazlığı qorumaq məqsədi ilə müxtəlif fundamental elm fənlərinin cərrahi tədqiqat metodologiyasına inteqrasiyası ;
- fundamental alimlər və cərrahlar arasında əməkdaşlığın yaradılması ilə işçi qrupların təşkili;
- həm metodoloji əsaslandırmaya əsaslanan , həm də klinik əhəmiyyəti ilə xarakterizə olunan elmi tədqiqatların aparılması (sübutlara əsaslanan tibb);
- tibbi statistika və meta-analiz alətlərindən istifadə etməklə elmi tədqiqatların nəticələrinə əsasən klinik problemlərin həlli.[2]
Nəzəri cərrahiyyədə əsasən üstünlük verilən təşkilati format 2 klinik cərrahdan, 1 fundamental tədqiqatçıdan (nəzəri cərrahdan), 1-2 laborant və tələbədən ibarət daimi işçi qruplarından ibarətdir və ümumi fənlərarasındakı hər hansı bir problemə birlikdə diqqət yetirilir.[3]
Tarixi
redaktəCərrahi əməliyyatların elmi planlaşdırılması və aparılmasına sistemli elmi yanaşmanın ilkin əsasları 1920-ci illərdə mübahisəli əsərləri ilə Ferdinand Zauerbrux,[4] Ervin Lik[5] və xüsusilə də “Yol kəsişməsində cərrahiyyə” əsəri ilə S. P. Fedorov tərəfindən qoymuşdur.[6] S.P.Fedorovun cərrahi müdaxilələrin planlaşdırılması və aparılması üçün fundamental elmi əsaslar tələbini aydın şəkildə ifadə etdiyi təkliflər, bir çox görkəmli müasirlər tərəfindən cərrahi texnikanın təkmilləşdirilməsi səylərinin əsassız tənqidi kimi qəbul edilmişdir. Bu dövrdə cərrahiyyə elminin inkişaf yolları ilə bağlı gedən müzakirələrdə görkəmli cərrahlar tərəfindən müxtəlif fikirlər ifadə edilmişdir. Beləliklə, S. S. Yudin cərrahi əməliyyatların aparılması zamanı müxtəlif üsulların praktiki istifadəsinin uğurlu olduğunu qeyd etdi,[7] P. A. Herzen isə gələcək cərrahiyənin təkcə texniki təkmilləşmədən deyil, onun digər əlaqəli elmlərlə simbiozundan da ibarət olduğunu müdafiə etdi.[8]
1960-1970-ci illərdə Marburq Universitetində fəaliyyət göstərən alman cərrah və alim Vilfrid Lorenz perspektivli cərrahi müalicə üsullarını əsaslandırmaq üçün sistematik təhlillərdən istifadənin üstünlüyünü qeyd edərək nəzəri cərrahiyyənin inkişafına böyük töhfə verdi.[9]
İstinadlar
redaktə- ↑ W. Lorenz, H. Hamelmann, H. Troidl. Marburg experiment on surgical research: A five-years' experience on the cooperation between clinical and theoretical surgeons // Klinische Wochenschrift . 54 (ingilis) (19). 1976-10-01. 927–936. doi:10.1007/bf01469006. ISSN 1432-1440 0023-2173, 1432-1440 (#bad_issn). 2017-09-27 tarixində arxivləşdirilib.
- ↑ M. Koller, H. Barth, I. Celik, M. Rothmund. A short history of Theoretical Surgery // Inflammation Research . 53 (ingilis) (2). 2004-08-01. S99–S104. doi:10.1007/s00011-004-0363-4. ISSN 1420-908X 1023-3830, 1420-908X (#bad_issn). 2016-06-10 tarixində arxivləşdirilib.
- ↑ W. Lorenz, M. Rothmund. Theoretical surgery: a new specialty in operative medicine // World Journal of Surgery . 13 (3). May 1989. 292–299. ISSN 0364-2313. 2017-10-24 tarixində arxivləşdirilib.
- ↑ F. Sauerbruch. Heilkunst und Naturwissenschaft // Naturwissenschaften . 14 (alman) (48—49). 1926-11-01. 1081–1090. doi:10.1007/bf01451724. ISSN 1432-1904 0028-1042, 1432-1904 (#bad_issn). 2018-06-11 tarixində arxivləşdirilib.
- ↑ Erwin Liek. Irrwege der Chirurgie. München: Lehmanns. 1929.
- ↑ Федоров С. П. Хирургия на распутьи Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine. Новый хирургический архив. — 1926. — Т. 10, № 1-2. — С.10-23.
- ↑ Юдин С.С. Хирургия не на распутье (1950) (Размышления хирурга). Москва: Медицина. 1968. 167–242.
- ↑ Герцен П. А. Памяти Сергея Петровича Федорова как хирурга //Новый хирургический архив. — 1936. — Т.36, № 2. — С. 346—350.
- ↑ H. Hamelmann. Wilfred Lorenz – The Theoretical Surgeon How it started // Inflammation Research . 53 (ingilis) (2). 2004-08-01. S190–S191. doi:10.1007/s00011-004-0348-3. ISSN 1420-908X 1023-3830, 1420-908X (#bad_issn). 2018-06-16 tarixində arxivləşdirilib.